Surah Al-Anfal in Azerbaijani: translation and audio
Surah 8 · الأنفال · The Spoils of War · 75 verses
Surah Al-Anfal verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Al-Anfal word by word in English.
Verse 1
يَسْـَٔلُونَكَ عَنِ ٱلْأَنفَالِ ۖ قُلِ ٱلْأَنفَالُ لِلَّهِ وَٱلرَّسُولِ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَصْلِحُوا۟ ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥٓ إِن كُنتُم مُّؤْمِنِينَ
Transliteration yasalūnaka ʿani l-anfāli quli l-anfālu lillahi wal-rasūli fa-ittaqū l-laha wa-aṣliḥū dhāta baynikum wa-aṭīʿū l-laha warasūlahu in kuntum mu'minīna
Azerbaijani Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Rəsuluna itaət edin.
Verse 2
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ ءَايَـٰتُهُۥ زَادَتْهُمْ إِيمَـٰنًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Transliteration innamā l-mu'minūna alladhīna idhā dhukira l-lahu wajilat qulūbuhum wa-idhā tuliyat ʿalayhim āyātuhu zādathum īmānan waʿalā rabbihim yatawakkalūna
Azerbaijani Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər,
Verse 3
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقْنَـٰهُمْ يُنفِقُونَ
Transliteration alladhīna yuqīmūna l-ṣalata wamimmā razaqnāhum yunfiqūna
Azerbaijani namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.
Verse 4
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُمْ دَرَجَـٰتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Transliteration ulāika humu l-mu'minūna ḥaqqan lahum darajātun ʿinda rabbihim wamaghfiratun wariz'qun karīmun
Azerbaijani Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır.
Verse 5
كَمَآ أَخْرَجَكَ رَبُّكَ مِنۢ بَيْتِكَ بِٱلْحَقِّ وَإِنَّ فَرِيقًا مِّنَ ٱلْمُؤْمِنِينَ لَكَـٰرِهُونَ
Transliteration kamā akhrajaka rabbuka min baytika bil-ḥaqi wa-inna farīqan mina l-mu'minīna lakārihūna
Azerbaijani Rəbbin səni bu minvalla haqq-ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi.
Verse 6
يُجَـٰدِلُونَكَ فِى ٱلْحَقِّ بَعْدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلْمَوْتِ وَهُمْ يَنظُرُونَ
Transliteration yujādilūnaka fī l-ḥaqi baʿdamā tabayyana ka-annamā yusāqūna ilā l-mawti wahum yanẓurūna
Azerbaijani Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər, sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.
Verse 7
وَإِذْ يَعِدُكُمُ ٱللَّهُ إِحْدَى ٱلطَّآئِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ ٱلشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلْحَقَّ بِكَلِمَـٰتِهِۦ وَيَقْطَعَ دَابِرَ ٱلْكَـٰفِرِينَ
Transliteration wa-idh yaʿidukumu l-lahu iḥ'dā l-ṭāifatayni annahā lakum watawaddūna anna ghayra dhāti l-shawkati takūnu lakum wayurīdu l-lahu an yuḥiqqa l-ḥaqa bikalimātihi wayaqṭaʿa dābira l-kāfirīna
Azerbaijani O vaxt Allah sizə, iki dəstədən birinin – karvanın və yaxud kafirlərin qoşununun sizin olacağını vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.
Verse 8
لِيُحِقَّ ٱلْحَقَّ وَيُبْطِلَ ٱلْبَـٰطِلَ وَلَوْ كَرِهَ ٱلْمُجْرِمُونَ
Transliteration liyuḥiqqa l-ḥaqa wayub'ṭila l-bāṭila walaw kariha l-muj'rimūna
Azerbaijani O bununla günahkarların xoşuna gəlməsə də, haqqı gerçəkləşdirmək və batili puç etmək istəyirdi.
Verse 9
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَٱسْتَجَابَ لَكُمْ أَنِّى مُمِدُّكُم بِأَلْفٍ مِّنَ ٱلْمَلَـٰٓئِكَةِ مُرْدِفِينَ
Transliteration idh tastaghīthūna rabbakum fa-is'tajāba lakum annī mumiddukum bi-alfin mina l-malāikati mur'difīna
Azerbaijani O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”– deyə duanızı qəbul etmişdi.
Verse 10
وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِۦ قُلُوبُكُمْ ۚ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
Transliteration wamā jaʿalahu l-lahu illā bush'rā walitaṭma-inna bihi qulūbukum wamā l-naṣru illā min ʿindi l-lahi inna l-laha ʿazīzun ḥakīmun
Azerbaijani Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir.
Verse 11
إِذْ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةً مِّنْهُ وَيُنَزِّلُ عَلَيْكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذْهِبَ عَنكُمْ رِجْزَ ٱلشَّيْطَـٰنِ وَلِيَرْبِطَ عَلَىٰ قُلُوبِكُمْ وَيُثَبِّتَ بِهِ ٱلْأَقْدَامَ
Transliteration idh yughashīkumu l-nuʿāsa amanatan min'hu wayunazzilu ʿalaykum mina l-samāi māan liyuṭahhirakum bihi wayudh'hiba ʿankum rij'za l-shayṭāni waliyarbiṭa ʿalā qulūbikum wayuthabbita bihi l-aqdāma
Azerbaijani O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.
Verse 12
إِذْ يُوحِى رَبُّكَ إِلَى ٱلْمَلَـٰٓئِكَةِ أَنِّى مَعَكُمْ فَثَبِّتُوا۟ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ سَأُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ فَٱضْرِبُوا۟ فَوْقَ ٱلْأَعْنَاقِ وَٱضْرِبُوا۟ مِنْهُمْ كُلَّ بَنَانٍ
Transliteration idh yūḥī rabbuka ilā l-malāikati annī maʿakum fathabbitū alladhīna āmanū sa-ul'qī fī qulūbi alladhīna kafarū l-ruʿ'ba fa-iḍ'ribū fawqa l-aʿnāqi wa-iḍ'ribū min'hum kulla banānin
Azerbaijani O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!”– deyə vəhy etmişdi.
Verse 13
ذَٰلِكَ بِأَنَّهُمْ شَآقُّوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration dhālika bi-annahum shāqqū l-laha warasūlahu waman yushāqiqi l-laha warasūlahu fa-inna l-laha shadīdu l-ʿiqābi
Azerbaijani Bu, onların Allaha və Onun Elçisinə qarşı çıxmalarına görədir. Allaha və Onun Elçisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər.
Verse 14
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَـٰفِرِينَ عَذَابَ ٱلنَّارِ
Transliteration dhālikum fadhūqūhu wa-anna lil'kāfirīna ʿadhāba l-nāri
Azerbaijani Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odunun əzabı da hazırlanmışdır.
Verse 15
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ زَحْفًا فَلَا تُوَلُّوهُمُ ٱلْأَدْبَارَ
Transliteration yāayyuhā alladhīna āmanū idhā laqītumu alladhīna kafarū zaḥfan falā tuwallūhumu l-adbāra
Azerbaijani Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin.
Verse 16
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفًا لِّقِتَالٍ أَوْ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٍ فَقَدْ بَآءَ بِغَضَبٍ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ
Transliteration waman yuwallihim yawma-idhin duburahu illā mutaḥarrifan liqitālin aw mutaḥayyizan ilā fi-atin faqad bāa bighaḍabin mina l-lahi wamawāhu jahannamu wabi'sa l-maṣīru
Azerbaijani Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir.
Verse 17
فَلَمْ تَقْتُلُوهُمْ وَلَـٰكِنَّ ٱللَّهَ قَتَلَهُمْ ۚ وَمَا رَمَيْتَ إِذْ رَمَيْتَ وَلَـٰكِنَّ ٱللَّهَ رَمَىٰ ۚ وَلِيُبْلِىَ ٱلْمُؤْمِنِينَ مِنْهُ بَلَآءً حَسَنًا ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ
Transliteration falam taqtulūhum walākinna l-laha qatalahum wamā ramayta idh ramayta walākinna l-laha ramā waliyub'liya l-mu'minīna min'hu balāan ḥasanan inna l-laha samīʿun ʿalīmun
Azerbaijani Onları siz öldürmədiniz, Allah onları öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Verse 18
ذَٰلِكُمْ وَأَنَّ ٱللَّهَ مُوهِنُ كَيْدِ ٱلْكَـٰفِرِينَ
Transliteration dhālikum wa-anna l-laha mūhinu kaydi l-kāfirīna
Azerbaijani Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər.
Verse 19
إِن تَسْتَفْتِحُوا۟ فَقَدْ جَآءَكُمُ ٱلْفَتْحُ ۖ وَإِن تَنتَهُوا۟ فَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَإِن تَعُودُوا۟ نَعُدْ وَلَن تُغْنِىَ عَنكُمْ فِئَتُكُمْ شَيْـًٔا وَلَوْ كَثُرَتْ وَأَنَّ ٱللَّهَ مَعَ ٱلْمُؤْمِنِينَ
Transliteration in tastaftiḥū faqad jāakumu l-fatḥu wa-in tantahū fahuwa khayrun lakum wa-in taʿūdū naʿud walan tugh'niya ʿankum fi-atukum shayan walaw kathurat wa-anna l-laha maʿa l-mu'minīna
Azerbaijani Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız, Biz də qayıdarıq (möminlərə qarşı vuruşsanız, Biz də sizi məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir.
Verse 20
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوْا۟ عَنْهُ وَأَنتُمْ تَسْمَعُونَ
Transliteration yāayyuhā alladhīna āmanū aṭīʿū l-laha warasūlahu walā tawallaw ʿanhu wa-antum tasmaʿūna
Azerbaijani Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin.
Verse 21
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ قَالُوا۟ سَمِعْنَا وَهُمْ لَا يَسْمَعُونَ
Transliteration walā takūnū ka-alladhīna qālū samiʿ'nā wahum lā yasmaʿūna
Azerbaijani Eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın.
Verse 22
۞ إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلصُّمُّ ٱلْبُكْمُ ٱلَّذِينَ لَا يَعْقِلُونَ
Transliteration inna sharra l-dawābi ʿinda l-lahi l-ṣumu l-buk'mu alladhīna lā yaʿqilūna
Azerbaijani Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır.
Verse 23
وَلَوْ عَلِمَ ٱللَّهُ فِيهِمْ خَيْرًا لَّأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ
Transliteration walaw ʿalima l-lahu fīhim khayran la-asmaʿahum walaw asmaʿahum latawallaw wahum muʿ'riḍūna
Azerbaijani Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər.
Verse 24
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱسْتَجِيبُوا۟ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَحُولُ بَيْنَ ٱلْمَرْءِ وَقَلْبِهِۦ وَأَنَّهُۥٓ إِلَيْهِ تُحْشَرُونَ
Transliteration yāayyuhā alladhīna āmanū is'tajībū lillahi walilrrasūli idhā daʿākum limā yuḥ'yīkum wa-iʿ'lamū anna l-laha yaḥūlu bayna l-mari waqalbihi wa-annahu ilayhi tuḥ'sharūna
Azerbaijani Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanacaqsınız.
Verse 25
وَٱتَّقُوا۟ فِتْنَةً لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُوا۟ مِنكُمْ خَآصَّةً ۖ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration wa-ittaqū fit'natan lā tuṣībanna alladhīna ẓalamū minkum khāṣṣatan wa-iʿ'lamū anna l-laha shadīdu l-ʿiqābi
Azerbaijani Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir.
Verse 26
وَٱذْكُرُوٓا۟ إِذْ أَنتُمْ قَلِيلٌ مُّسْتَضْعَفُونَ فِى ٱلْأَرْضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمْ وَأَيَّدَكُم بِنَصْرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ لَعَلَّكُمْ تَشْكُرُونَ
Transliteration wa-udh'kurū idh antum qalīlun mus'taḍʿafūna fī l-arḍi takhāfūna an yatakhaṭṭafakumu l-nāsu faāwākum wa-ayyadakum binaṣrihi warazaqakum mina l-ṭayibāti laʿallakum tashkurūna
Azerbaijani Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.
Verse 27
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَخُونُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓا۟ أَمَـٰنَـٰتِكُمْ وَأَنتُمْ تَعْلَمُونَ
Transliteration yāayyuhā alladhīna āmanū lā takhūnū l-laha wal-rasūla watakhūnū amānātikum wa-antum taʿlamūna
Azerbaijani Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin.
Verse 28
وَٱعْلَمُوٓا۟ أَنَّمَآ أَمْوَٰلُكُمْ وَأَوْلَـٰدُكُمْ فِتْنَةٌ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجْرٌ عَظِيمٌ
Transliteration wa-iʿ'lamū annamā amwālukum wa-awlādukum fit'natun wa-anna l-laha ʿindahu ajrun ʿaẓīmun
Azerbaijani Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.
Verse 29
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَتَّقُوا۟ ٱللَّهَ يَجْعَل لَّكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ
Transliteration yāayyuhā alladhīna āmanū in tattaqū l-laha yajʿal lakum fur'qānan wayukaffir ʿankum sayyiātikum wayaghfir lakum wal-lahu dhū l-faḍli l-ʿaẓīmi
Azerbaijani Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.
Verse 30
وَإِذْ يَمْكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُوا۟ لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَـٰكِرِينَ
Transliteration wa-idh yamkuru bika alladhīna kafarū liyuth'bitūka aw yaqtulūka aw yukh'rijūka wayamkurūna wayamkuru l-lahu wal-lahu khayru l-mākirīna
Azerbaijani Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.
Verse 31
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَـٰذَآ ۙ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ
Transliteration wa-idhā tut'lā ʿalayhim āyātunā qālū qad samiʿ'nā law nashāu laqul'nā mith'la hādhā in hādhā illā asāṭīru l-awalīna
Azerbaijani Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”.
Verse 32
وَإِذْ قَالُوا۟ ٱللَّهُمَّ إِن كَانَ هَـٰذَا هُوَ ٱلْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئْتِنَا بِعَذَابٍ أَلِيمٍ
Transliteration wa-idh qālū l-lahuma in kāna hādhā huwa l-ḥaqa min ʿindika fa-amṭir ʿalaynā ḥijāratan mina l-samāi awi i'tinā biʿadhābin alīmin
Azerbaijani O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər.
Verse 33
وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمْ وَأَنتَ فِيهِمْ ۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ
Transliteration wamā kāna l-lahu liyuʿadhibahum wa-anta fīhim wamā kāna l-lahu muʿadhibahum wahum yastaghfirūna
Azerbaijani Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir.
Verse 34
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ وَمَا كَانُوٓا۟ أَوْلِيَآءَهُۥٓ ۚ إِنْ أَوْلِيَآؤُهُۥٓ إِلَّا ٱلْمُتَّقُونَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Transliteration wamā lahum allā yuʿadhibahumu l-lahu wahum yaṣuddūna ʿani l-masjidi l-ḥarāmi wamā kānū awliyāahu in awliyāuhu illā l-mutaqūna walākinna aktharahum lā yaʿlamūna
Azerbaijani Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir.
Verse 35
وَمَا كَانَ صَلَاتُهُمْ عِندَ ٱلْبَيْتِ إِلَّا مُكَآءً وَتَصْدِيَةً ۚ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
Transliteration wamā kāna ṣalātuhum ʿinda l-bayti illā mukāan wataṣdiyatan fadhūqū l-ʿadhāba bimā kuntum takfurūna
Azerbaijani Onların müqəddəs Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı!
Verse 36
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنفِقُونَ أَمْوَٰلَهُمْ لِيَصُدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً ثُمَّ يُغْلَبُونَ ۗ وَٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ جَهَنَّمَ يُحْشَرُونَ
Transliteration inna alladhīna kafarū yunfiqūna amwālahum liyaṣuddū ʿan sabīli l-lahi fasayunfiqūnahā thumma takūnu ʿalayhim ḥasratan thumma yugh'labūna wa-alladhīna kafarū ilā jahannama yuḥ'sharūna
Azerbaijani Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki,
Verse 37
لِيَمِيزَ ٱللَّهُ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجْعَلَ ٱلْخَبِيثَ بَعْضَهُۥ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُۥ جَمِيعًا فَيَجْعَلَهُۥ فِى جَهَنَّمَ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ
Transliteration liyamīza l-lahu l-khabītha mina l-ṭayibi wayajʿala l-khabītha baʿḍahu ʿalā baʿḍin fayarkumahu jamīʿan fayajʿalahu fī jahannama ulāika humu l-khāsirūna
Azerbaijani Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır.
Verse 38
قُل لِّلَّذِينَ كَفَرُوٓا۟ إِن يَنتَهُوا۟ يُغْفَرْ لَهُم مَّا قَدْ سَلَفَ وَإِن يَعُودُوا۟ فَقَدْ مَضَتْ سُنَّتُ ٱلْأَوَّلِينَ
Transliteration qul lilladhīna kafarū in yantahū yugh'far lahum mā qad salafa wa-in yaʿūdū faqad maḍat sunnatu l-awalīna
Azerbaijani Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər.
Verse 39
وَقَـٰتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِ ۚ فَإِنِ ٱنتَهَوْا۟ فَإِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
Transliteration waqātilūhum ḥattā lā takūna fit'natun wayakūna l-dīnu kulluhu lillahi fa-ini intahaw fa-inna l-laha bimā yaʿmalūna baṣīrun
Azerbaijani Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür.
Verse 40
وَإِن تَوَلَّوْا۟ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَوْلَىٰكُمْ ۚ نِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ
Transliteration wa-in tawallaw fa-iʿ'lamū anna l-laha mawlākum niʿ'ma l-mawlā waniʿ'ma l-naṣīru
Azerbaijani Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Himayədarınızdır. O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!
Verse 41
۞ وَٱعْلَمُوٓا۟ أَنَّمَا غَنِمْتُم مِّن شَىْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱبْنِ ٱلسَّبِيلِ إِن كُنتُمْ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ ٱلْفُرْقَانِ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Transliteration wa-iʿ'lamū annamā ghanim'tum min shayin fa-anna lillahi khumusahu walilrrasūli walidhī l-qur'bā wal-yatāmā wal-masākīni wa-ib'ni l-sabīli in kuntum āmantum bil-lahi wamā anzalnā ʿalā ʿabdinā yawma l-fur'qāni yawma l-taqā l-jamʿāni wal-lahu ʿalā kulli shayin qadīrun
Azerbaijani Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir.
Verse 42
إِذْ أَنتُم بِٱلْعُدْوَةِ ٱلدُّنْيَا وَهُم بِٱلْعُدْوَةِ ٱلْقُصْوَىٰ وَٱلرَّكْبُ أَسْفَلَ مِنكُمْ ۚ وَلَوْ تَوَاعَدتُّمْ لَٱخْتَلَفْتُمْ فِى ٱلْمِيعَـٰدِ ۙ وَلَـٰكِن لِّيَقْضِىَ ٱللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِّيَهْلِكَ مَنْ هَلَكَ عَنۢ بَيِّنَةٍ وَيَحْيَىٰ مَنْ حَىَّ عَنۢ بَيِّنَةٍ ۗ وَإِنَّ ٱللَّهَ لَسَمِيعٌ عَلِيمٌ
Transliteration idh antum bil-ʿud'wati l-dun'yā wahum bil-ʿud'wati l-quṣ'wā wal-rakbu asfala minkum walaw tawāʿadttum la-ikh'talaftum fī l-mīʿādi walākin liyaqḍiya l-lahu amran kāna mafʿūlan liyahlika man halaka ʿan bayyinatin wayaḥyā man ḥayya ʿan bayyinatin wa-inna l-laha lasamīʿun ʿalīmun
Azerbaijani O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda dənizin sahilində idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Verse 43
إِذْ يُرِيكَهُمُ ٱللَّهُ فِى مَنَامِكَ قَلِيلًا ۖ وَلَوْ أَرَىٰكَهُمْ كَثِيرًا لَّفَشِلْتُمْ وَلَتَنَـٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَلَـٰكِنَّ ٱللَّهَ سَلَّمَ ۗ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Transliteration idh yurīkahumu l-lahu fī manāmika qalīlan walaw arākahum kathīran lafashil'tum walatanāzaʿtum fī l-amri walākinna l-laha sallama innahu ʿalīmun bidhāti l-ṣudūri
Azerbaijani O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.
Verse 44
وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ ٱلْتَقَيْتُمْ فِىٓ أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِىٓ أَعْيُنِهِمْ لِيَقْضِىَ ٱللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ
Transliteration wa-idh yurīkumūhum idhi l-taqaytum fī aʿyunikum qalīlan wayuqallilukum fī aʿyunihim liyaqḍiya l-lahu amran kāna mafʿūlan wa-ilā l-lahi tur'jaʿu l-umūru
Azerbaijani O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır.
Verse 45
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا لَقِيتُمْ فِئَةً فَٱثْبُتُوا۟ وَٱذْكُرُوا۟ ٱللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ
Transliteration yāayyuhā alladhīna āmanū idhā laqītum fi-atan fa-uth'butū wa-udh'kurū l-laha kathīran laʿallakum tuf'liḥūna
Azerbaijani Ey iman gətirənlər! Kafir bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.
Verse 46
وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَنَـٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ وَٱصْبِرُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّـٰبِرِينَ
Transliteration wa-aṭīʿū l-laha warasūlahu walā tanāzaʿū fatafshalū watadhhaba rīḥukum wa-iṣ'birū inna l-laha maʿa l-ṣābirīna
Azerbaijani Allaha və Onun Rəsuluna itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.
Verse 47
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ خَرَجُوا۟ مِن دِيَـٰرِهِم بَطَرًا وَرِئَآءَ ٱلنَّاسِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۚ وَٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطٌ
Transliteration walā takūnū ka-alladhīna kharajū min diyārihim baṭaran wariāa l-nāsi wayaṣuddūna ʿan sabīli l-lahi wal-lahu bimā yaʿmalūna muḥīṭun
Azerbaijani Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən əhatə etmişdir.
Verse 48
وَإِذْ زَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ ٱلْيَوْمَ مِنَ ٱلنَّاسِ وَإِنِّى جَارٌ لَّكُمْ ۖ فَلَمَّا تَرَآءَتِ ٱلْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّى بَرِىٓءٌ مِّنكُمْ إِنِّىٓ أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّىٓ أَخَافُ ٱللَّهَ ۚ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration wa-idh zayyana lahumu l-shayṭānu aʿmālahum waqāla lā ghāliba lakumu l-yawma mina l-nāsi wa-innī jārun lakum falammā tarāati l-fi-atāni nakaṣa ʿalā ʿaqibayhi waqāla innī barīon minkum innī arā mā lā tarawna innī akhāfu l-laha wal-lahu shadīdu l-ʿiqābi
Azerbaijani O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.
Verse 49
إِذْ يَقُولُ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ غَرَّ هَـٰٓؤُلَآءِ دِينُهُمْ ۗ وَمَن يَتَوَكَّلْ عَلَى ٱللَّهِ فَإِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
Transliteration idh yaqūlu l-munāfiqūna wa-alladhīna fī qulūbihim maraḍun gharra hāulāi dīnuhum waman yatawakkal ʿalā l-lahi fa-inna l-laha ʿazīzun ḥakīmun
Azerbaijani O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Hikmət sahibidir!
Verse 50
وَلَوْ تَرَىٰٓ إِذْ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُوا۟ ۙ ٱلْمَلَـٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ
Transliteration walaw tarā idh yatawaffā alladhīna kafarū l-malāikatu yaḍribūna wujūhahum wa-adbārahum wadhūqū ʿadhāba l-ḥarīqi
Azerbaijani Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. Mələklər onların üzünə və yanlarına vura-vura deyirdilər: “Dadın yandırıcı odun əzabını!
Verse 51
ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ
Transliteration dhālika bimā qaddamat aydīkum wa-anna l-laha laysa biẓallāmin lil'ʿabīdi
Azerbaijani Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”.
Verse 52
كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ إِنَّ ٱللَّهَ قَوِىٌّ شَدِيدُ ٱلْعِقَابِ
Transliteration kadabi āli fir'ʿawna wa-alladhīna min qablihim kafarū biāyāti l-lahi fa-akhadhahumu l-lahu bidhunūbihim inna l-laha qawiyyun shadīdu l-ʿiqābi
Azerbaijani Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir.
Verse 53
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ لَمْ يَكُ مُغَيِّرًا نِّعْمَةً أَنْعَمَهَا عَلَىٰ قَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۙ وَأَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٌ
Transliteration dhālika bi-anna l-laha lam yaku mughayyiran niʿ'matan anʿamahā ʿalā qawmin ḥattā yughayyirū mā bi-anfusihim wa-anna l-laha samīʿun ʿalīmun
Azerbaijani Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir.
Verse 54
كَدَأْبِ ءَالِ فِرْعَوْنَ ۙ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَـٰتِ رَبِّهِمْ فَأَهْلَكْنَـٰهُم بِذُنُوبِهِمْ وَأَغْرَقْنَآ ءَالَ فِرْعَوْنَ ۚ وَكُلٌّ كَانُوا۟ ظَـٰلِمِينَ
Transliteration kadabi āli fir'ʿawna wa-alladhīna min qablihim kadhabū biāyāti rabbihim fa-ahlaknāhum bidhunūbihim wa-aghraqnā āla fir'ʿawna wakullun kānū ẓālimīna
Azerbaijani Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi.
Verse 55
إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُوا۟ فَهُمْ لَا يُؤْمِنُونَ
Transliteration inna sharra l-dawābi ʿinda l-lahi alladhīna kafarū fahum lā yu'minūna
Azerbaijani Şübhəsiz ki, Allah yanında canlıların ən pisi kafir olanlardır. Onlar iman gətirməzlər.
Verse 56
ٱلَّذِينَ عَـٰهَدتَّ مِنْهُمْ ثُمَّ يَنقُضُونَ عَهْدَهُمْ فِى كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ
Transliteration alladhīna ʿāhadtta min'hum thumma yanquḍūna ʿahdahum fī kulli marratin wahum lā yattaqūna
Azerbaijani Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər.
Verse 57
فَإِمَّا تَثْقَفَنَّهُمْ فِى ٱلْحَرْبِ فَشَرِّدْ بِهِم مَّنْ خَلْفَهُمْ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
Transliteration fa-immā tathqafannahum fī l-ḥarbi fasharrid bihim man khalfahum laʿallahum yadhakkarūna
Azerbaijani Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə ibrət alsınlar.
Verse 58
وَإِمَّا تَخَافَنَّ مِن قَوْمٍ خِيَانَةً فَٱنۢبِذْ إِلَيْهِمْ عَلَىٰ سَوَآءٍ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْخَآئِنِينَ
Transliteration wa-immā takhāfanna min qawmin khiyānatan fa-inbidh ilayhim ʿalā sawāin inna l-laha lā yuḥibbu l-khāinīna
Azerbaijani Əgər bir qövmün əhdi pozacağı ilə xəyanət etməsindən qorxsan, sən də onlara onu pozduğunu bildir. Şübhəsiz ki, Allah xainləri sevmir.
Verse 59
وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ سَبَقُوٓا۟ ۚ إِنَّهُمْ لَا يُعْجِزُونَ
Transliteration walā yaḥsabanna alladhīna kafarū sabaqū innahum lā yuʿ'jizūna
Azerbaijani Qoy kafirlər əzabdan qaça biləcəklərini zənn etməsinlər. Çünki onlar ondan yaxa qurtara bilməzlər.
Verse 60
وَأَعِدُّوا۟ لَهُم مَّا ٱسْتَطَعْتُم مِّن قُوَّةٍ وَمِن رِّبَاطِ ٱلْخَيْلِ تُرْهِبُونَ بِهِۦ عَدُوَّ ٱللَّهِ وَعَدُوَّكُمْ وَءَاخَرِينَ مِن دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ ٱللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍ فِى سَبِيلِ ٱللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنتُمْ لَا تُظْلَمُونَ
Transliteration wa-aʿiddū lahum mā is'taṭaʿtum min quwwatin wamin ribāṭi l-khayli tur'hibūna bihi ʿaduwwa l-lahi waʿaduwwakum waākharīna min dūnihim lā taʿlamūnahumu l-lahu yaʿlamuhum wamā tunfiqū min shayin fī sabīli l-lahi yuwaffa ilaykum wa-antum lā tuẓ'lamūna
Azerbaijani Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.
Verse 61
۞ وَإِن جَنَحُوا۟ لِلسَّلْمِ فَٱجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Transliteration wa-in janaḥū lilssalmi fa-ij'naḥ lahā watawakkal ʿalā l-lahi innahu huwa l-samīʿu l-ʿalīmu
Azerbaijani Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.
Verse 62
وَإِن يُرِيدُوٓا۟ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ ٱللَّهُ ۚ هُوَ ٱلَّذِىٓ أَيَّدَكَ بِنَصْرِهِۦ وَبِٱلْمُؤْمِنِينَ
Transliteration wa-in yurīdū an yakhdaʿūka fa-inna ḥasbaka l-lahu huwa alladhī ayyadaka binaṣrihi wabil-mu'minīna
Azerbaijani Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.
Verse 63
وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ ۚ لَوْ أَنفَقْتَ مَا فِى ٱلْأَرْضِ جَمِيعًا مَّآ أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَـٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ ۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٌ
Transliteration wa-allafa bayna qulūbihim law anfaqta mā fī l-arḍi jamīʿan mā allafta bayna qulūbihim walākinna l-laha allafa baynahum innahu ʿazīzun ḥakīmun
Azerbaijani Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Hikmət sahibidir.
Verse 64
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَسْبُكَ ٱللَّهُ وَمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration yāayyuhā l-nabiyu ḥasbuka l-lahu wamani ittabaʿaka mina l-mu'minīna
Azerbaijani Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.
Verse 65
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ حَرِّضِ ٱلْمُؤْمِنِينَ عَلَى ٱلْقِتَالِ ۚ إِن يَكُن مِّنكُمْ عِشْرُونَ صَـٰبِرُونَ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ يَغْلِبُوٓا۟ أَلْفًا مِّنَ ٱلَّذِينَ كَفَرُوا۟ بِأَنَّهُمْ قَوْمٌ لَّا يَفْقَهُونَ
Transliteration yāayyuhā l-nabiyu ḥarriḍi l-mu'minīna ʿalā l-qitāli in yakun minkum ʿish'rūna ṣābirūna yaghlibū mi-atayni wa-in yakun minkum mi-atun yaghlibū alfan mina alladhīna kafarū bi-annahum qawmun lā yafqahūna
Azerbaijani Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.
Verse 66
ٱلْـَٔـٰنَ خَفَّفَ ٱللَّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا ۚ فَإِن يَكُن مِّنكُم مِّا۟ئَةٌ صَابِرَةٌ يَغْلِبُوا۟ مِا۟ئَتَيْنِ ۚ وَإِن يَكُن مِّنكُمْ أَلْفٌ يَغْلِبُوٓا۟ أَلْفَيْنِ بِإِذْنِ ٱللَّهِ ۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
Transliteration al-āna khaffafa l-lahu ʿankum waʿalima anna fīkum ḍaʿfan fa-in yakun minkum mi-atun ṣābiratun yaghlibū mi-atayni wa-in yakun minkum alfun yaghlibū alfayni bi-idh'ni l-lahi wal-lahu maʿa l-ṣābirīna
Azerbaijani İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
Verse 67
مَا كَانَ لِنَبِىٍّ أَن يَكُونَ لَهُۥٓ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِى ٱلْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنْيَا وَٱللَّهُ يُرِيدُ ٱلْـَٔاخِرَةَ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ
Transliteration mā kāna linabiyyin an yakūna lahu asrā ḥattā yuth'khina fī l-arḍi turīdūna ʿaraḍa l-dun'yā wal-lahu yurīdu l-ākhirata wal-lahu ʿazīzun ḥakīmun
Azerbaijani Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrətlidir, Hikmət sahibidir.
Verse 68
لَّوْلَا كِتَـٰبٌ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَآ أَخَذْتُمْ عَذَابٌ عَظِيمٌ
Transliteration lawlā kitābun mina l-lahi sabaqa lamassakum fīmā akhadhtum ʿadhābun ʿaẓīmun
Azerbaijani Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı, aldığınız fidyə müqabilində sizə böyük bir əzab toxunardı.
Verse 69
فَكُلُوا۟ مِمَّا غَنِمْتُمْ حَلَـٰلًا طَيِّبًا ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ
Transliteration fakulū mimmā ghanim'tum ḥalālan ṭayyiban wa-ittaqū l-laha inna l-laha ghafūrun raḥīmun
Azerbaijani Ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Verse 70
يَـٰٓأَيُّهَا ٱلنَّبِىُّ قُل لِّمَن فِىٓ أَيْدِيكُم مِّنَ ٱلْأَسْرَىٰٓ إِن يَعْلَمِ ٱللَّهُ فِى قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِّمَّآ أُخِذَ مِنكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
Transliteration yāayyuhā l-nabiyu qul liman fī aydīkum mina l-asrā in yaʿlami l-lahu fī qulūbikum khayran yu'tikum khayran mimmā ukhidha minkum wayaghfir lakum wal-lahu ghafūrun raḥīmun
Azerbaijani Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”.
Verse 71
وَإِن يُرِيدُوا۟ خِيَانَتَكَ فَقَدْ خَانُوا۟ ٱللَّهَ مِن قَبْلُ فَأَمْكَنَ مِنْهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
Transliteration wa-in yurīdū khiyānataka faqad khānū l-laha min qablu fa-amkana min'hum wal-lahu ʿalīmun ḥakīmun
Azerbaijani Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Verse 72
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَـٰٓئِكَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يُهَاجِرُوا۟ مَا لَكُم مِّن وَلَـٰيَتِهِم مِّن شَىْءٍ حَتَّىٰ يُهَاجِرُوا۟ ۚ وَإِنِ ٱسْتَنصَرُوكُمْ فِى ٱلدِّينِ فَعَلَيْكُمُ ٱلنَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَـٰقٌ ۗ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Transliteration inna alladhīna āmanū wahājarū wajāhadū bi-amwālihim wa-anfusihim fī sabīli l-lahi wa-alladhīna āwaw wanaṣarū ulāika baʿḍuhum awliyāu baʿḍin wa-alladhīna āmanū walam yuhājirū mā lakum min walāyatihim min shayin ḥattā yuhājirū wa-ini is'tanṣarūkum fī l-dīni faʿalaykumu l-naṣru illā ʿalā qawmin baynakum wabaynahum mīthāqun wal-lahu bimā taʿmalūna baṣīrun
Azerbaijani Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.
Verse 73
وَٱلَّذِينَ كَفَرُوا۟ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِى ٱلْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ
Transliteration wa-alladhīna kafarū baʿḍuhum awliyāu baʿḍin illā tafʿalūhu takun fit'natun fī l-arḍi wafasādun kabīrun
Azerbaijani Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bir-birinizə yardımçı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər.
Verse 74
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ ءَاوَوا۟ وَّنَصَرُوٓا۟ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
Transliteration wa-alladhīna āmanū wahājarū wajāhadū fī sabīli l-lahi wa-alladhīna āwaw wanaṣarū ulāika humu l-mu'minūna ḥaqqan lahum maghfiratun wariz'qun karīmun
Azerbaijani İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.
Verse 75
وَٱلَّذِينَ ءَامَنُوا۟ مِنۢ بَعْدُ وَهَاجَرُوا۟ وَجَـٰهَدُوا۟ مَعَكُمْ فَأُو۟لَـٰٓئِكَ مِنكُمْ ۚ وَأُو۟لُوا۟ ٱلْأَرْحَامِ بَعْضُهُمْ أَوْلَىٰ بِبَعْضٍ فِى كِتَـٰبِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ
Transliteration wa-alladhīna āmanū min baʿdu wahājarū wajāhadū maʿakum fa-ulāika minkum wa-ulū l-arḥāmi baʿḍuhum awlā bibaʿḍin fī kitābi l-lahi inna l-laha bikulli shayin ʿalīmun
Azerbaijani Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir.
Read Surah Al-Anfal in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.