Surah At-Tur in Azerbaijani: translation and audio
Surah 52 · الطور · The Mount · 49 verses
Surah At-Tur verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah At-Tur word by word in English.
Verse 1
وَٱلطُّورِ
Transliteration wal-ṭūri
Azerbaijani And olsun Tur dağına!
Verse 2
وَكِتَـٰبٍ مَّسْطُورٍ
Transliteration wakitābin masṭūrin
Azerbaijani And olsun yazılmış Kitaba –
Verse 3
فِى رَقٍّ مَّنشُورٍ
Transliteration fī raqqin manshūrin
Azerbaijani nazik dəri üzərində olan Kitaba!
Verse 4
وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ
Transliteration wal-bayti l-maʿmūri
Azerbaijani And olsun Beytulməmura!
Verse 5
وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ
Transliteration wal-saqfi l-marfūʿi
Azerbaijani And olsun yüksək tavana!
Verse 6
وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ
Transliteration wal-baḥri l-masjūri
Azerbaijani And olsun alovlanan dənizə!
Verse 7
إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ
Transliteration inna ʿadhāba rabbika lawāqiʿun
Azerbaijani Rəbbinin əzabı hökmən vaqe olacaq.
Verse 8
مَّا لَهُۥ مِن دَافِعٍ
Transliteration mā lahu min dāfiʿin
Azerbaijani Heç nə onun qarşısını ala bilməz.
Verse 9
يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا
Transliteration yawma tamūru l-samāu mawran
Azerbaijani O gün göy şiddətlə sarsılacaq,
Verse 10
وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا
Transliteration watasīru l-jibālu sayran
Azerbaijani dağlar da hərəkətə gələcək.
Verse 11
فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ
Transliteration fawaylun yawma-idhin lil'mukadhibīna
Azerbaijani O gün vay halına haqqı yalan sayanların!
Verse 12
ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ
Transliteration alladhīna hum fī khawḍin yalʿabūna
Azerbaijani O kəslər ki, yalan bataqlığında əylənirlər.
Verse 13
يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا
Transliteration yawma yudaʿʿūna ilā nāri jahannama daʿʿan
Azerbaijani O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.
Verse 14
هَـٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ
Transliteration hādhihi l-nāru allatī kuntum bihā tukadhibūna
Azerbaijani Onlara deyiləcək: “Bu, sizin yalan saydığınız Cəhənnəm odudur!
Verse 15
أَفَسِحْرٌ هَـٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ
Transliteration afasiḥ'run hādhā am antum lā tub'ṣirūna
Azerbaijani Bəlkə bu da sehrdir, yoxsa görmürsünüz?
Verse 16
ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
Transliteration iṣ'lawhā fa-iṣ'birū aw lā taṣbirū sawāon ʿalaykum innamā tuj'zawna mā kuntum taʿmalūna
Azerbaijani Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
Verse 17
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَعِيمٍ
Transliteration inna l-mutaqīna fī jannātin wanaʿīmin
Azerbaijani Şübhəsiz ki, müttəqilər cənnətlərdə və nemət içində yaşayacaqlar.
Verse 18
فَـٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ
Transliteration fākihīna bimā ātāhum rabbuhum wawaqāhum rabbuhum ʿadhāba l-jaḥīmi
Azerbaijani Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
Verse 19
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ
Transliteration kulū wa-ish'rabū hanīan bimā kuntum taʿmalūna
Azerbaijani Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
Verse 20
مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ ۖ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ
Transliteration muttakiīna ʿalā sururin maṣfūfatin wazawwajnāhum biḥūrin ʿīnin
Azerbaijani Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik.
Verse 21
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَـٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَـٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ
Transliteration wa-alladhīna āmanū wa-ittabaʿathum dhurriyyatuhum biīmānin alḥaqnā bihim dhurriyyatahum wamā alatnāhum min ʿamalihim min shayin kullu im'ri-in bimā kasaba rahīnun
Azerbaijani Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
Verse 22
وَأَمْدَدْنَـٰهُم بِفَـٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ
Transliteration wa-amdadnāhum bifākihatin walaḥmin mimmā yashtahūna
Azerbaijani Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
Verse 23
يَتَنَـٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ
Transliteration yatanāzaʿūna fīhā kasan lā laghwun fīhā walā tathīmun
Azerbaijani Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik edəcək.
Verse 24
۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ
Transliteration wayaṭūfu ʿalayhim ghil'mānun lahum ka-annahum lu'lu-on maknūnun
Azerbaijani Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.
Verse 25
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Transliteration wa-aqbala baʿḍuhum ʿalā baʿḍin yatasāalūna
Azerbaijani Onlar bir-birinə üz tutub soruşacaqlar.
Verse 26
قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ
Transliteration qālū innā kunnā qablu fī ahlinā mush'fiqīna
Azerbaijani Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.
Verse 27
فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ
Transliteration famanna l-lahu ʿalaynā wawaqānā ʿadhāba l-samūmi
Azerbaijani Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
Verse 28
إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ
Transliteration innā kunnā min qablu nadʿūhu innahu huwa l-baru l-raḥīmu
Azerbaijani Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
Verse 29
فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ
Transliteration fadhakkir famā anta biniʿ'mati rabbika bikāhinin walā majnūnin
Azerbaijani Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
Verse 30
أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ
Transliteration am yaqūlūna shāʿirun natarabbaṣu bihi rayba l-manūni
Azerbaijani Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.
Verse 31
قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ
Transliteration qul tarabbaṣū fa-innī maʿakum mina l-mutarabiṣīna
Azerbaijani De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
Verse 32
أَمْ تَأْمُرُهُمْ أَحْلَـٰمُهُم بِهَـٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ
Transliteration am tamuruhum aḥlāmuhum bihādhā am hum qawmun ṭāghūna
Azerbaijani Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
Verse 33
أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ
Transliteration am yaqūlūna taqawwalahu bal lā yu'minūna
Azerbaijani Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.
Verse 34
فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَـٰدِقِينَ
Transliteration falyatū biḥadīthin mith'lihi in kānū ṣādiqīna
Azerbaijani Əgər doğru söyləyirlərsə, qoy Qurana bənzər bir kəlam gətirsinlər.
Verse 35
أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَـٰلِقُونَ
Transliteration am khuliqū min ghayri shayin am humu l-khāliqūna
Azerbaijani Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
Verse 36
أَمْ خَلَقُوا۟ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ
Transliteration am khalaqū l-samāwāti wal-arḍa bal lā yūqinūna
Azerbaijani Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
Verse 37
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ
Transliteration am ʿindahum khazāinu rabbika am humu l-muṣayṭirūna
Azerbaijani Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
Verse 38
أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَـٰنٍ مُّبِينٍ
Transliteration am lahum sullamun yastamiʿūna fīhi falyati mus'tamiʿuhum bisul'ṭānin mubīnin
Azerbaijani Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı var? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
Verse 39
أَمْ لَهُ ٱلْبَنَـٰتُ وَلَكُمُ ٱلْبَنُونَ
Transliteration am lahu l-banātu walakumu l-banūna
Azerbaijani Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
Verse 40
أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ
Transliteration am tasaluhum ajran fahum min maghramin muth'qalūna
Azerbaijani Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
Verse 41
أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ
Transliteration am ʿindahumu l-ghaybu fahum yaktubūna
Azerbaijani Yoxsa onlar qeybi bilir və onu yazırlar?
Verse 42
أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ
Transliteration am yurīdūna kaydan fa-alladhīna kafarū humu l-makīdūna
Azerbaijani Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
Verse 43
أَمْ لَهُمْ إِلَـٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ
Transliteration am lahum ilāhun ghayru l-lahi sub'ḥāna l-lahi ʿammā yush'rikūna
Azerbaijani Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
Verse 44
وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ
Transliteration wa-in yaraw kis'fan mina l-samāi sāqiṭan yaqūlū saḥābun markūmun
Azerbaijani Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər.
Verse 45
فَذَرْهُمْ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ
Transliteration fadharhum ḥattā yulāqū yawmahumu alladhī fīhi yuṣ'ʿaqūna
Azerbaijani Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
Verse 46
يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ
Transliteration yawma lā yugh'nī ʿanhum kayduhum shayan walā hum yunṣarūna
Azerbaijani O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
Verse 47
وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Transliteration wa-inna lilladhīna ẓalamū ʿadhāban dūna dhālika walākinna aktharahum lā yaʿlamūna
Azerbaijani Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.
Verse 48
وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ
Transliteration wa-iṣ'bir liḥuk'mi rabbika fa-innaka bi-aʿyuninā wasabbiḥ biḥamdi rabbika ḥīna taqūmu
Azerbaijani Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!
Verse 49
وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَـٰرَ ٱلنُّجُومِ
Transliteration wamina al-layli fasabbiḥ'hu wa-id'bāra l-nujūmi
Azerbaijani Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!
Read Surah At-Tur in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.