Surah Al-Haqqah in Azerbaijani: translation and audio
Surah 69 · الحاقة · The Reality · 52 verses
Surah Al-Haqqah verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Al-Haqqah word by word in English.
Verse 1
ٱلْحَآقَّةُ
Transliteration al-ḥāqatu
Azerbaijani Haqq olan Qiyamət!
Verse 2
مَا ٱلْحَآقَّةُ
Transliteration mā l-ḥāqatu
Azerbaijani Nədir haqq olan Qiyamət?
Verse 3
وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ
Transliteration wamā adrāka mā l-ḥāqatu
Azerbaijani Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?
Verse 4
كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ
Transliteration kadhabat thamūdu waʿādun bil-qāriʿati
Azerbaijani Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.
Verse 5
فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ
Transliteration fa-ammā thamūdu fa-uh'likū bil-ṭāghiyati
Azerbaijani Səmud tayfası qorxunc bir səslə məhv edildi.
Verse 6
وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ
Transliteration wa-ammā ʿādun fa-uh'likū birīḥin ṣarṣarin ʿātiyatin
Azerbaijani Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.
Verse 7
سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ
Transliteration sakharahā ʿalayhim sabʿa layālin wathamāniyata ayyāmin ḥusūman fatarā l-qawma fīhā ṣarʿā ka-annahum aʿjāzu nakhlin khāwiyatin
Azerbaijani Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.
Verse 8
فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ
Transliteration fahal tarā lahum min bāqiyatin
Azerbaijani Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?
Verse 9
وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ
Transliteration wajāa fir'ʿawnu waman qablahu wal-mu'tafikātu bil-khāṭi-ati
Azerbaijani Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.
Verse 10
فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً
Transliteration faʿaṣaw rasūla rabbihim fa-akhadhahum akhdhatan rābiyatan
Azerbaijani Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.
Verse 11
إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ
Transliteration innā lammā ṭaghā l-māu ḥamalnākum fī l-jāriyati
Azerbaijani Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.
Verse 12
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ
Transliteration linajʿalahā lakum tadhkiratan wataʿiyahā udhunun wāʿiyatun
Azerbaijani Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.
Verse 13
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٰحِدَةٌ
Transliteration fa-idhā nufikha fī l-ṣūri nafkhatun wāḥidatun
Azerbaijani Sur bircə dəfə üfürüləcəyi,
Verse 14
وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً
Transliteration waḥumilati l-arḍu wal-jibālu fadukkatā dakkatan wāḥidatan
Azerbaijani yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
Verse 15
فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ
Transliteration fayawma-idhin waqaʿati l-wāqiʿatu
Azerbaijani həmin gün Vaqiə qopacaq.
Verse 16
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ
Transliteration wa-inshaqqati l-samāu fahiya yawma-idhin wāhiyatun
Azerbaijani Göy yarılacaq və həmin gün o, süst olacaqdır.
Verse 17
وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ
Transliteration wal-malaku ʿalā arjāihā wayaḥmilu ʿarsha rabbika fawqahum yawma-idhin thamāniyatun
Azerbaijani Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaq.
Verse 18
يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ
Transliteration yawma-idhin tuʿ'raḍūna lā takhfā minkum khāfiyatun
Azerbaijani O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək.
Verse 19
فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ
Transliteration fa-ammā man ūtiya kitābahu biyamīnihi fayaqūlu hāumu iq'raū kitābiyah
Azerbaijani Kitabı sağ əlinə verilən deyəcək: “Budur, oxuyun kitabımı!
Verse 20
إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ
Transliteration innī ẓanantu annī mulāqin ḥisābiyah
Azerbaijani Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.
Verse 21
فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ
Transliteration fahuwa fī ʿīshatin rāḍiyatin
Azerbaijani O, xoşbəxt həyat sürəcək –
Verse 22
فِى جَنَّةٍ عَالِيَةٍ
Transliteration fī jannatin ʿāliyatin
Azerbaijani uca bir Cənnətdə –
Verse 23
قُطُوفُهَا دَانِيَةٌ
Transliteration quṭūfuhā dāniyatun
Azerbaijani elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaq.
Verse 24
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ
Transliteration kulū wa-ish'rabū hanīan bimā aslaftum fī l-ayāmi l-khāliyati
Azerbaijani Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcək.
Verse 25
وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ
Transliteration wa-ammā man ūtiya kitābahu bishimālihi fayaqūlu yālaytanī lam ūta kitābiyah
Azerbaijani Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş kitabım mənə verilməyəydi!
Verse 26
وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ
Transliteration walam adri mā ḥisābiyah
Azerbaijani Hesabımdan da xəbərim olmayaydı!
Verse 27
يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ
Transliteration yālaytahā kānati l-qāḍiyata
Azerbaijani Kaş ilk ölümüm həmişəlik olaydı!
Verse 28
مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ
Transliteration mā aghnā ʿannī māliyah
Azerbaijani Var-dövlətim məni əzabdan qurtarmadı.
Verse 29
هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ
Transliteration halaka ʿannī sul'ṭāniyah
Azerbaijani Hökmranlığım da məhv olub getdi”.
Verse 30
خُذُوهُ فَغُلُّوهُ
Transliteration khudhūhu faghullūhu
Azerbaijani Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!
Verse 31
ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ
Transliteration thumma l-jaḥīma ṣallūhu
Azerbaijani Sonra da Cəhənnəmə atın!
Verse 32
ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ
Transliteration thumma fī sil'silatin dharʿuhā sabʿūna dhirāʿan fa-us'lukūhu
Azerbaijani Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!
Verse 33
إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ
Transliteration innahu kāna lā yu'minu bil-lahi l-ʿaẓīmi
Azerbaijani Çünki o, Böyük Allaha iman gətirmirdi
Verse 34
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
Transliteration walā yaḥuḍḍu ʿalā ṭaʿāmi l-mis'kīni
Azerbaijani və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.
Verse 35
فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ
Transliteration falaysa lahu l-yawma hāhunā ḥamīmun
Azerbaijani Bu gün burada onun üçün bir dost tapılmaz.
Verse 36
وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ
Transliteration walā ṭaʿāmun illā min ghis'līnin
Azerbaijani Qanlı irindən başqa yeməyi də yoxdur.
Verse 37
لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ
Transliteration lā yakuluhu illā l-khāṭiūna
Azerbaijani Onu ancaq günahkarlar yeyər”.
Verse 38
فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ
Transliteration falā uq'simu bimā tub'ṣirūna
Azerbaijani And içirəm həm gördüklərinizə,
Verse 39
وَمَا لَا تُبْصِرُونَ
Transliteration wamā lā tub'ṣirūna
Azerbaijani həm də görmədiklərinizə!
Verse 40
إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ
Transliteration innahu laqawlu rasūlin karīmin
Azerbaijani Bu, möhtərəm bir Elçinin sözüdür.
Verse 41
وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ
Transliteration wamā huwa biqawli shāʿirin qalīlan mā tu'minūna
Azerbaijani O, şair sözü deyil! Necə də az inanırsınız!
Verse 42
وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
Transliteration walā biqawli kāhinin qalīlan mā tadhakkarūna
Azerbaijani O, kahin sözü də deyil! Necə də az düşünürsünüz!
Verse 43
تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ
Transliteration tanzīlun min rabbi l-ʿālamīna
Azerbaijani O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!
Verse 44
وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ
Transliteration walaw taqawwala ʿalaynā baʿḍa l-aqāwīli
Azerbaijani Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
Verse 45
لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ
Transliteration la-akhadhnā min'hu bil-yamīni
Azerbaijani Biz onu sağ əlindən yaxalayar,
Verse 46
ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ
Transliteration thumma laqaṭaʿnā min'hu l-watīna
Azerbaijani sonra da şah damarını kəsərdik.
Verse 47
فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ
Transliteration famā minkum min aḥadin ʿanhu ḥājizīna
Azerbaijani İçərinizdən heç kəs buna mane ola bilməzdi.
Verse 48
وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ
Transliteration wa-innahu latadhkiratun lil'muttaqīna
Azerbaijani Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.
Verse 49
وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
Transliteration wa-innā lanaʿlamu anna minkum mukadhibīna
Azerbaijani Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!
Verse 50
وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ
Transliteration wa-innahu laḥasratun ʿalā l-kāfirīna
Azerbaijani Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.
Verse 51
وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ
Transliteration wa-innahu laḥaqqu l-yaqīni
Azerbaijani Sözsüz ki, bu Quran əsl həqiqətdir.
Verse 52
فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ
Transliteration fasabbiḥ bi-is'mi rabbika l-ʿaẓīmi
Azerbaijani Elə isə Böyük Rəbbinin adına təriflər de!
Read Surah Al-Haqqah in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.