Surah Adh-Dhariyat in Azerbaijani: translation and audio
Surah 51 · الذاريات · The Winnowing Winds · 60 verses
Surah Adh-Dhariyat verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Adh-Dhariyat word by word in English.
Verse 1
وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًا
Transliteration wal-dhāriyāti dharwan
Azerbaijani And olsun toz-torpağı ətrafa səpələyənlərə!
Verse 2
فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًا
Transliteration fal-ḥāmilāti wiq'ran
Azerbaijani And olsun yağmur yükü daşıyanlara!
Verse 3
فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًا
Transliteration fal-jāriyāti yus'ran
Azerbaijani And olsun asanlıqla üzüb gedənlərə!
Verse 4
فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا
Transliteration fal-muqasimāti amran
Azerbaijani And olsun işləri paylaşdıranlara!
Verse 5
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ
Transliteration innamā tūʿadūna laṣādiqun
Azerbaijani Sizə vəd olunanlar həqiqətdir.
Verse 6
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ
Transliteration wa-inna l-dīna lawāqiʿun
Azerbaijani Haqq-hesab da, mütləq çəkiləcəkdir.
Verse 7
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ
Transliteration wal-samāi dhāti l-ḥubuki
Azerbaijani And olsun gözəl görünüşü olan səmaya!
Verse 8
إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ
Transliteration innakum lafī qawlin mukh'talifin
Azerbaijani Sizin sözləriniz ziddiyyətlidir.
Verse 9
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ
Transliteration yu'faku ʿanhu man ufika
Azerbaijani Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
Verse 10
قُتِلَ ٱلْخَرَّٰصُونَ
Transliteration qutila l-kharāṣūna
Azerbaijani Məhv olsun yalançılar!
Verse 11
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ
Transliteration alladhīna hum fī ghamratin sāhūna
Azerbaijani O kəslər ki, cəhalət içində olan qafillərdir.
Verse 12
يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ
Transliteration yasalūna ayyāna yawmu l-dīni
Azerbaijani Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
Verse 13
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ
Transliteration yawma hum ʿalā l-nāri yuf'tanūna
Azerbaijani O gün onlara odda əzab veriləcək.
Verse 14
ذُوقُوا۟ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ
Transliteration dhūqū fit'natakum hādhā alladhī kuntum bihi tastaʿjilūna
Azerbaijani Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
Verse 15
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ
Transliteration inna l-mutaqīna fī jannātin waʿuyūnin
Azerbaijani Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,
Verse 16
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ
Transliteration ākhidhīna mā ātāhum rabbuhum innahum kānū qabla dhālika muḥ'sinīna
Azerbaijani öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
Verse 17
كَانُوا۟ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ
Transliteration kānū qalīlan mina al-layli mā yahjaʿūna
Azerbaijani Onlar gecələr ibadət edib az yatırdılar.
Verse 18
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ
Transliteration wabil-asḥāri hum yastaghfirūna
Azerbaijani Sübh çağı isə bağışlanma diləyirdilər.
Verse 19
وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ
Transliteration wafī amwālihim ḥaqqun lilssāili wal-maḥrūmi
Azerbaijani Onların mal-dövlətində dilənçinin və yoxsulun payı var.
Verse 20
وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌ لِّلْمُوقِنِينَ
Transliteration wafī l-arḍi āyātun lil'mūqinīna
Azerbaijani Qəti inananlar üçün yer üzündə dəlillər var.
Verse 21
وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ
Transliteration wafī anfusikum afalā tub'ṣirūna
Azerbaijani Sizin özünüzdə də dəlillər var. Məgər görmürsünüz?
Verse 22
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ
Transliteration wafī l-samāi riz'qukum wamā tūʿadūna
Azerbaijani Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
Verse 23
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ
Transliteration fawarabbi l-samāi wal-arḍi innahu laḥaqqun mith'la mā annakum tanṭiqūna
Azerbaijani Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
Verse 24
هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ
Transliteration hal atāka ḥadīthu ḍayfi ib'rāhīma l-muk'ramīna
Azerbaijani İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
Verse 25
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا ۖ قَالَ سَلَـٰمٌ قَوْمٌ مُّنكَرُونَ
Transliteration idh dakhalū ʿalayhi faqālū salāman qāla salāmun qawmun munkarūna
Azerbaijani Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
Verse 26
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ
Transliteration farāgha ilā ahlihi fajāa biʿij'lin samīnin
Azerbaijani O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
Verse 27
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ
Transliteration faqarrabahu ilayhim qāla alā takulūna
Azerbaijani Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
Verse 28
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍ
Transliteration fa-awjasa min'hum khīfatan qālū lā takhaf wabasharūhu bighulāmin ʿalīmin
Azerbaijani O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
Verse 29
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ
Transliteration fa-aqbalati im'ra-atuhu fī ṣarratin faṣakkat wajhahā waqālat ʿajūzun ʿaqīmun
Azerbaijani Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
Verse 30
قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ
Transliteration qālū kadhāliki qāla rabbuki innahu huwa l-ḥakīmu l-ʿalīmu
Azerbaijani Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!”
Verse 31
۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Transliteration qāla famā khaṭbukum ayyuhā l-mur'salūna
Azerbaijani İbrahim dedi: “Sizin vəzifəniz nədir, ey elçilər?”
Verse 32
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Transliteration qālū innā ur'sil'nā ilā qawmin muj'rimīna
Azerbaijani Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
Verse 33
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ
Transliteration linur'sila ʿalayhim ḥijāratan min ṭīnin
Azerbaijani onların üstünə gildən daşlar yağdıraq –
Verse 34
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ
Transliteration musawwamatan ʿinda rabbika lil'mus'rifīna
Azerbaijani həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
Verse 35
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ
Transliteration fa-akhrajnā man kāna fīhā mina l-mu'minīna
Azerbaijani Biz orada olan möminləri o kənddən çıxartdıq.
Verse 36
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ
Transliteration famā wajadnā fīhā ghayra baytin mina l-mus'limīna
Azerbaijani Amma orada bir evdən başqa müsəlman tapmadıq.
Verse 37
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Transliteration wataraknā fīhā āyatan lilladhīna yakhāfūna l-ʿadhāba l-alīma
Azerbaijani Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
Verse 38
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ
Transliteration wafī mūsā idh arsalnāhu ilā fir'ʿawna bisul'ṭānin mubīnin
Azerbaijani Musanın əhvalatında da ibrət var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
Verse 39
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ
Transliteration fatawallā biruk'nihi waqāla sāḥirun aw majnūnun
Azerbaijani Firon öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.
Verse 40
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ
Transliteration fa-akhadhnāhu wajunūdahu fanabadhnāhum fī l-yami wahuwa mulīmun
Azerbaijani Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
Verse 41
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ
Transliteration wafī ʿādin idh arsalnā ʿalayhimu l-rīḥa l-ʿaqīma
Azerbaijani Ad qövmünün hekayətində də ibrət var. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
Verse 42
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ
Transliteration mā tadharu min shayin atat ʿalayhi illā jaʿalathu kal-ramīmi
Azerbaijani O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
Verse 43
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ
Transliteration wafī thamūda idh qīla lahum tamattaʿū ḥattā ḥīnin
Azerbaijani Səmud qövmünün hekayətində də ibrət var. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
Verse 44
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ
Transliteration faʿataw ʿan amri rabbihim fa-akhadhathumu l-ṣāʿiqatu wahum yanẓurūna
Azerbaijani Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
Verse 45
فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ
Transliteration famā is'taṭāʿū min qiyāmin wamā kānū muntaṣirīna
Azerbaijani Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
Verse 46
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ
Transliteration waqawma nūḥin min qablu innahum kānū qawman fāsiqīna
Azerbaijani Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
Verse 47
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ
Transliteration wal-samāa banaynāhā bi-aydin wa-innā lamūsiʿūna
Azerbaijani Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
Verse 48
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ
Transliteration wal-arḍa farashnāhā faniʿ'ma l-māhidūna
Azerbaijani Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
Verse 49
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
Transliteration wamin kulli shayin khalaqnā zawjayni laʿallakum tadhakkarūna
Azerbaijani Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
Verse 50
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Transliteration fafirrū ilā l-lahi innī lakum min'hu nadhīrun mubīnun
Azerbaijani De: “Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
Verse 51
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Transliteration walā tajʿalū maʿa l-lahi ilāhan ākhara innī lakum min'hu nadhīrun mubīnun
Azerbaijani Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!”
Verse 52
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ
Transliteration kadhālika mā atā alladhīna min qablihim min rasūlin illā qālū sāḥirun aw majnūnun
Azerbaijani Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
Verse 53
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ
Transliteration atawāṣaw bihi bal hum qawmun ṭāghūna
Azerbaijani Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
Verse 54
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ
Transliteration fatawalla ʿanhum famā anta bimalūmin
Azerbaijani Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
Verse 55
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ
Transliteration wadhakkir fa-inna l-dhik'rā tanfaʿu l-mu'minīna
Azerbaijani Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
Verse 56
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
Transliteration wamā khalaqtu l-jina wal-insa illā liyaʿbudūni
Azerbaijani Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
Verse 57
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ
Transliteration mā urīdu min'hum min riz'qin wamā urīdu an yuṭ'ʿimūni
Azerbaijani Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
Verse 58
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ
Transliteration inna l-laha huwa l-razāqu dhū l-quwati l-matīnu
Azerbaijani Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
Verse 59
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ
Transliteration fa-inna lilladhīna ẓalamū dhanūban mith'la dhanūbi aṣḥābihim falā yastaʿjilūni
Azerbaijani Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
Verse 60
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ
Transliteration fawaylun lilladhīna kafarū min yawmihimu alladhī yūʿadūna
Azerbaijani Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!
Read Surah Adh-Dhariyat in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.