Surah Muhammad in Azerbaijani: translation and audio
Surah 47 · محمد · Muhammad · 38 verses
Surah Muhammad verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Muhammad word by word in English.
Verse 1
ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَـٰلَهُمْ
Transliteration alladhīna kafarū waṣaddū ʿan sabīli l-lahi aḍalla aʿmālahum
Azerbaijani Kafirlərin və insanları Allahın yolundan sapdıranların əməllərini Allah puça çıxarmışdır.
Verse 2
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ
Transliteration wa-alladhīna āmanū waʿamilū l-ṣāliḥāti waāmanū bimā nuzzila ʿalā muḥammadin wahuwa l-ḥaqu min rabbihim kaffara ʿanhum sayyiātihim wa-aṣlaḥa bālahum
Azerbaijani İman gətirib yaxşı işlər görənlərin, öz Rəbbindən gerçək həqiqət kimi Muhəmmədə nazil edilənə inananların isə Allah günahlarından keçmiş və onların vəziyyətini yaxşılaşdırmışdır.
Verse 3
ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَـٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَـٰلَهُمْ
Transliteration dhālika bi-anna alladhīna kafarū ittabaʿū l-bāṭila wa-anna alladhīna āmanū ittabaʿū l-ḥaqa min rabbihim kadhālika yaḍribu l-lahu lilnnāsi amthālahum
Azerbaijani Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn həqiqətə bağlanmışlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir.
Verse 4
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَـٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍ ۗ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَـٰلَهُمْ
Transliteration fa-idhā laqītumu alladhīna kafarū faḍarba l-riqābi ḥattā idhā athkhantumūhum fashuddū l-wathāqa fa-immā mannan baʿdu wa-immā fidāan ḥattā taḍaʿa l-ḥarbu awzārahā dhālika walaw yashāu l-lahu la-intaṣara min'hum walākin liyabluwā baʿḍakum bibaʿḍin wa-alladhīna qutilū fī sabīli l-lahi falan yuḍilla aʿmālahum
Azerbaijani Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Verse 5
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ
Transliteration sayahdīhim wayuṣ'liḥu bālahum
Azerbaijani Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq
Verse 6
وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
Transliteration wayud'khiluhumu l-janata ʿarrafahā lahum
Azerbaijani və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcək.
Verse 7
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
Transliteration yāayyuhā alladhīna āmanū in tanṣurū l-laha yanṣur'kum wayuthabbit aqdāmakum
Azerbaijani Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.
Verse 8
وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَـٰلَهُمْ
Transliteration wa-alladhīna kafarū fataʿsan lahum wa-aḍalla aʿmālahum
Azerbaijani Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar.
Verse 9
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ
Transliteration dhālika bi-annahum karihū mā anzala l-lahu fa-aḥbaṭa aʿmālahum
Azerbaijani Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı.
Verse 10
۞ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَـٰفِرِينَ أَمْثَـٰلُهَا
Transliteration afalam yasīrū fī l-arḍi fayanẓurū kayfa kāna ʿāqibatu alladhīna min qablihim dammara l-lahu ʿalayhim walil'kāfirīna amthāluhā
Azerbaijani Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir.
Verse 11
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَـٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ
Transliteration dhālika bi-anna l-laha mawlā alladhīna āmanū wa-anna l-kāfirīna lā mawlā lahum
Azerbaijani Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.
Verse 12
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ جَنَّـٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَـٰمُ وَٱلنَّارُ مَثْوًى لَّهُمْ
Transliteration inna l-laha yud'khilu alladhīna āmanū waʿamilū l-ṣāliḥāti jannātin tajrī min taḥtihā l-anhāru wa-alladhīna kafarū yatamattaʿūna wayakulūna kamā takulu l-anʿāmu wal-nāru mathwan lahum
Azerbaijani Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərdə yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur!
Verse 13
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَـٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ
Transliteration waka-ayyin min qaryatin hiya ashaddu quwwatan min qaryatika allatī akhrajatka ahlaknāhum falā nāṣira lahum
Azerbaijani Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkət var idi ki, Biz onları məhv etdik və onlara bir kömək edən də olmadı.
Verse 14
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم
Transliteration afaman kāna ʿalā bayyinatin min rabbihi kaman zuyyina lahu sūu ʿamalihi wa-ittabaʿū ahwāahum
Azerbaijani Məgər öz Rəbbindən vəhy edilmiş aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!
Verse 15
مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۖ فِيهَآ أَنْهَـٰرٌ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍ وَأَنْهَـٰرٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَـٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّـٰرِبِينَ وَأَنْهَـٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ ۖ كَمَنْ هُوَ خَـٰلِدٌ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًا فَقَطَّعَ أَمْعَآءَهُمْ
Transliteration mathalu l-janati allatī wuʿida l-mutaqūna fīhā anhārun min māin ghayri āsinin wa-anhārun min labanin lam yataghayyar ṭaʿmuhu wa-anhārun min khamrin ladhatin lilshāribīna wa-anhārun min ʿasalin muṣaffan walahum fīhā min kulli l-thamarāti wamaghfiratun min rabbihim kaman huwa khālidun fī l-nāri wasuqū māan ḥamīman faqaṭṭaʿa amʿāahum
Azerbaijani Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?
Verse 16
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ
Transliteration wamin'hum man yastamiʿu ilayka ḥattā idhā kharajū min ʿindika qālū lilladhīna ūtū l-ʿil'ma mādhā qāla ānifan ulāika alladhīna ṭabaʿa l-lahu ʿalā qulūbihim wa-ittabaʿū ahwāahum
Azerbaijani Onların arasında səni dinləyənlər də var. Nəhayət sənin yanından çıxdıqda özlərinə elm verilmiş kimsələrə istehza ilə deyərlər: “O, bayaq nə deyirdi?” Bunlar o kəslərdir ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar.
Verse 17
وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ
Transliteration wa-alladhīna ih'tadaw zādahum hudan waātāhum taqwāhum
Azerbaijani Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.
Verse 18
فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً ۖ فَقَدْ جَآءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ
Transliteration fahal yanẓurūna illā l-sāʿata an tatiyahum baghtatan faqad jāa ashrāṭuhā fa-annā lahum idhā jāathum dhik'rāhum
Azerbaijani Məgər kafirlər o Saatın (Qiyamətin) qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. O Saat onlara gəlib yetişdiyi zaman ibrət almaları nəyə yarayar?
Verse 19
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ۗ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ
Transliteration fa-iʿ'lam annahu lā ilāha illā l-lahu wa-is'taghfir lidhanbika walil'mu'minīna wal-mu'mināti wal-lahu yaʿlamu mutaqallabakum wamathwākum
Azerbaijani Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir.
Verse 20
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَآ أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ ۙ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
Transliteration wayaqūlu alladhīna āmanū lawlā nuzzilat sūratun fa-idhā unzilat sūratun muḥ'kamatun wadhukira fīhā l-qitālu ra-ayta alladhīna fī qulūbihim maraḍun yanẓurūna ilayka naẓara l-maghshiyi ʿalayhi mina l-mawti fa-awlā lahum
Azerbaijani Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,
Verse 21
طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ
Transliteration ṭāʿatun waqawlun maʿrūfun fa-idhā ʿazama l-amru falaw ṣadaqū l-laha lakāna khayran lahum
Azerbaijani itaət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı.
Verse 22
فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ
Transliteration fahal ʿasaytum in tawallaytum an tuf'sidū fī l-arḍi watuqaṭṭiʿū arḥāmakum
Azerbaijani Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.
Verse 23
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَـٰرَهُمْ
Transliteration ulāika alladhīna laʿanahumu l-lahu fa-aṣammahum wa-aʿmā abṣārahum
Azerbaijani Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir.
Verse 24
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ
Transliteration afalā yatadabbarūna l-qur'āna am ʿalā qulūbin aqfāluhā
Azerbaijani Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?
Verse 25
إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَـٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ۙ ٱلشَّيْطَـٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ
Transliteration inna alladhīna ir'taddū ʿalā adbārihim min baʿdi mā tabayyana lahumu l-hudā l-shayṭānu sawwala lahum wa-amlā lahum
Azerbaijani Hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi.
Verse 26
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ ۖ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ
Transliteration dhālika bi-annahum qālū lilladhīna karihū mā nazzala l-lahu sanuṭīʿukum fī baʿḍi l-amri wal-lahu yaʿlamu is'rārahum
Azerbaijani Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!”– dedilər. Allah onların sirlərini bilir.
Verse 27
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَـٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ
Transliteration fakayfa idhā tawaffathumu l-malāikatu yaḍribūna wujūhahum wa-adbārahum
Azerbaijani Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda onların halı necə olacaq?
Verse 28
ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَـٰلَهُمْ
Transliteration dhālika bi-annahumu ittabaʿū mā askhaṭa l-laha wakarihū riḍ'wānahu fa-aḥbaṭa aʿmālahum
Azerbaijani Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı.
Verse 29
أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَـٰنَهُمْ
Transliteration am ḥasiba alladhīna fī qulūbihim maraḍun an lan yukh'rija l-lahu aḍghānahum
Azerbaijani Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?
Verse 30
وَلَوْ نَشَآءُ لَأَرَيْنَـٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَـٰهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ ۚ وَٱللَّهُ يَعْلَمُ أَعْمَـٰلَكُمْ
Transliteration walaw nashāu la-araynākahum falaʿaraftahum bisīmāhum walataʿrifannahum fī laḥni l-qawli wal-lahu yaʿlamu aʿmālakum
Azerbaijani Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.
Verse 31
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَـٰهِدِينَ مِنكُمْ وَٱلصَّـٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ
Transliteration walanabluwannakum ḥattā naʿlama l-mujāhidīna minkum wal-ṣābirīna wanabluwā akhbārakum
Azerbaijani Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.
Verse 32
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا وَسَيُحْبِطُ أَعْمَـٰلَهُمْ
Transliteration inna alladhīna kafarū waṣaddū ʿan sabīli l-lahi washāqqū l-rasūla min baʿdi mā tabayyana lahumu l-hudā lan yaḍurrū l-laha shayan wasayuḥ'biṭu aʿmālahum
Azerbaijani Sözsüz ki, kafir olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah onların bütün əməllərini puça çıxaracaq.
Verse 33
۞ يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَـٰلَكُمْ
Transliteration yāayyuhā alladhīna āmanū aṭīʿū l-laha wa-aṭīʿū l-rasūla walā tub'ṭilū aʿmālakum
Azerbaijani Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!
Verse 34
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ
Transliteration inna alladhīna kafarū waṣaddū ʿan sabīli l-lahi thumma mātū wahum kuffārun falan yaghfira l-lahu lahum
Azerbaijani Şübhəsiz ki, kafir olanları, insanları Allah yolundan sapdıranları, sonra da kafir kimi ölənləri, Allah heç vaxt bağışlamayacaq.
Verse 35
فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَـٰلَكُمْ
Transliteration falā tahinū watadʿū ilā l-salmi wa-antumu l-aʿlawna wal-lahu maʿakum walan yatirakum aʿmālakum
Azerbaijani Siz də cihadda zəiflik göstərməyin və üstün olduğunuz halda kafirləri sülhə çağırmayın! Allah sizinlədir. O sizin əməllərinizi əsla əskiltməz.
Verse 36
إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ
Transliteration innamā l-ḥayatu l-dun'yā laʿibun walahwun wa-in tu'minū watattaqū yu'tikum ujūrakum walā yasalkum amwālakum
Azerbaijani Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz.
Verse 37
إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَـٰنَكُمْ
Transliteration in yasalkumūhā fayuḥ'fikum tabkhalū wayukh'rij aḍghānakum
Azerbaijani Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.
Verse 38
هَـٰٓأَنتُمْ هَـٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ ۖ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ ۚ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ ۚ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَـٰلَكُم
Transliteration hāantum hāulāi tud'ʿawna litunfiqū fī sabīli l-lahi faminkum man yabkhalu waman yabkhal fa-innamā yabkhalu ʿan nafsihi wal-lahu l-ghaniyu wa-antumu l-fuqarāu wa-in tatawallaw yastabdil qawman ghayrakum thumma lā yakūnū amthālakum
Azerbaijani Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə xəsislik edənlər də tapılır. Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.
Read Surah Muhammad in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.