Surah Al-Ma'arij in Azerbaijani: translation and audio
Surah 70 · المعارج · The Ascending Stairways · 44 verses
Surah Al-Ma'arij verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Al-Ma'arij word by word in English.
Verse 1
سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ
Transliteration sa-ala sāilun biʿadhābin wāqiʿin
Azerbaijani İstəyən kimsə baş verəcək əzabı istədi –
Verse 2
لِّلْكَـٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ
Transliteration lil'kāfirīna laysa lahu dāfiʿun
Azerbaijani bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.
Verse 3
مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ
Transliteration mina l-lahi dhī l-maʿāriji
Azerbaijani O, dərəcələr sahibi olan Allahdandır.
Verse 4
تَعْرُجُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ
Transliteration taʿruju l-malāikatu wal-rūḥu ilayhi fī yawmin kāna miq'dāruhu khamsīna alfa sanatin
Azerbaijani Mələklər və Ruh Cəbrail Allaha doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
Verse 5
فَٱصْبِرْ صَبْرًا جَمِيلًا
Transliteration fa-iṣ'bir ṣabran jamīlan
Azerbaijani Sən təmkinlə səbir et!
Verse 6
إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا
Transliteration innahum yarawnahu baʿīdan
Azerbaijani Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.
Verse 7
وَنَرَىٰهُ قَرِيبًا
Transliteration wanarāhu qarīban
Azerbaijani Biz isə onun yaxın olduğunu görürük.
Verse 8
يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ
Transliteration yawma takūnu l-samāu kal-muh'li
Azerbaijani O gün göy əridilmiş metal kimi olacaq.
Verse 9
وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ
Transliteration watakūnu l-jibālu kal-ʿih'ni
Azerbaijani Dağlar da didilmiş yuna bənzəyəcək.
Verse 10
وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا
Transliteration walā yasalu ḥamīmun ḥamīman
Azerbaijani Dost dostun halını xəbər almayacaq.
Verse 11
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ
Transliteration yubaṣṣarūnahum yawaddu l-muj'rimu law yaftadī min ʿadhābi yawmi-idhin bibanīhi
Azerbaijani Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
Verse 12
وَصَـٰحِبَتِهِۦ وَأَخِيهِ
Transliteration waṣāḥibatihi wa-akhīhi
Azerbaijani həyat yoldaşını və qardaşını,
Verse 13
وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ
Transliteration wafaṣīlatihi allatī tu'wīhi
Azerbaijani ona sığınacaq vermiş nəslini
Verse 14
وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ
Transliteration waman fī l-arḍi jamīʿan thumma yunjīhi
Azerbaijani və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.
Verse 15
كَلَّآ ۖ إِنَّهَا لَظَىٰ
Transliteration kallā innahā laẓā
Azerbaijani Xeyr! Bu, alovu şölələnən Oddur –
Verse 16
نَزَّاعَةً لِّلشَّوَىٰ
Transliteration nazzāʿatan lilshawā
Azerbaijani başın dərisini sıyırıb çıxaran bir od.
Verse 17
تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ
Transliteration tadʿū man adbara watawallā
Azerbaijani O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
Verse 18
وَجَمَعَ فَأَوْعَىٰٓ
Transliteration wajamaʿa fa-awʿā
Azerbaijani və mal-dövlət yığıb saxlayanı.
Verse 19
۞ إِنَّ ٱلْإِنسَـٰنَ خُلِقَ هَلُوعًا
Transliteration inna l-insāna khuliqa halūʿan
Azerbaijani Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
Verse 20
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا
Transliteration idhā massahu l-sharu jazūʿan
Azerbaijani Ona bir pislik toxunduqda özündən çıxır,
Verse 21
وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا
Transliteration wa-idhā massahu l-khayru manūʿan
Azerbaijani bir xeyir nəsib olduqda isə xəsislik edir.
Verse 22
إِلَّا ٱلْمُصَلِّينَ
Transliteration illā l-muṣalīna
Azerbaijani Namaz qılanlar istisnadır.
Verse 23
ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ
Transliteration alladhīna hum ʿalā ṣalātihim dāimūna
Azerbaijani O kəslər ki, namazlarını həmişə qılırlar.
Verse 24
وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ
Transliteration wa-alladhīna fī amwālihim ḥaqqun maʿlūmun
Azerbaijani O kəslər ki, onların mallarında bəlli bir haqq var –
Verse 25
لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ
Transliteration lilssāili wal-maḥrūmi
Azerbaijani dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün.
Verse 26
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ
Transliteration wa-alladhīna yuṣaddiqūna biyawmi l-dīni
Azerbaijani O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
Verse 27
وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ
Transliteration wa-alladhīna hum min ʿadhābi rabbihim mush'fiqūna
Azerbaijani O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
Verse 28
إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ
Transliteration inna ʿadhāba rabbihim ghayru mamūnin
Azerbaijani Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.
Verse 29
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ
Transliteration wa-alladhīna hum lifurūjihim ḥāfiẓūna
Azerbaijani O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –
Verse 30
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
Transliteration illā ʿalā azwājihim aw mā malakat aymānuhum fa-innahum ghayru malūmīna
Azerbaijani zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.
Verse 31
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
Transliteration famani ib'taghā warāa dhālika fa-ulāika humu l-ʿādūna
Azerbaijani Bundan artığını istəyənlər isə həddi aşanlardır.
Verse 32
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
Transliteration wa-alladhīna hum li-amānātihim waʿahdihim rāʿūna
Azerbaijani O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
Verse 33
وَٱلَّذِينَ هُم بِشَهَـٰدَٰتِهِمْ قَآئِمُونَ
Transliteration wa-alladhīna hum bishahādātihim qāimūna
Azerbaijani O kəslər ki, şahidliklərində mətindirlər.
Verse 34
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
Transliteration wa-alladhīna hum ʿalā ṣalātihim yuḥāfiẓūna
Azerbaijani Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
Verse 35
أُو۟لَـٰٓئِكَ فِى جَنَّـٰتٍ مُّكْرَمُونَ
Transliteration ulāika fī jannātin muk'ramūna
Azerbaijani Cənnətlərdə hörmət göstəriləcək insanlar da elə onlar olacaq.
Verse 36
فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ
Transliteration famāli alladhīna kafarū qibalaka muh'ṭiʿīna
Azerbaijani Sənə doğru tələsən kafirlərə nə olub belə –
Verse 37
عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
Transliteration ʿani l-yamīni waʿani l-shimāli ʿizīna
Azerbaijani sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?
Verse 38
أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ
Transliteration ayaṭmaʿu kullu im'ri-in min'hum an yud'khala jannata naʿīmin
Azerbaijani Yoxsa onların hər biri Nəim cənnətinə girə biləcəyinə ümid edir?
Verse 39
كَلَّآ ۖ إِنَّا خَلَقْنَـٰهُم مِّمَّا يَعْلَمُونَ
Transliteration kallā innā khalaqnāhum mimmā yaʿlamūna
Azerbaijani Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.
Verse 40
فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَـٰرِقِ وَٱلْمَغَـٰرِبِ إِنَّا لَقَـٰدِرُونَ
Transliteration falā uq'simu birabbi l-mashāriqi wal-maghāribi innā laqādirūna
Azerbaijani And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –
Verse 41
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ
Transliteration ʿalā an nubaddila khayran min'hum wamā naḥnu bimasbūqīna
Azerbaijani onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.
Verse 42
فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَـٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ
Transliteration fadharhum yakhūḍū wayalʿabū ḥattā yulāqū yawmahumu alladhī yūʿadūna
Azerbaijani Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
Verse 43
يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ
Transliteration yawma yakhrujūna mina l-ajdāthi sirāʿan ka-annahum ilā nuṣubin yūfiḍūna
Azerbaijani O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
Verse 44
خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ
Transliteration khāshiʿatan abṣāruhum tarhaquhum dhillatun dhālika l-yawmu alladhī kānū yūʿadūna
Azerbaijani O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcək. Budur onların xəbərdar edildikləri gün!
Read Surah Al-Ma'arij in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.