Surah Al-Mu'minun in Azerbaijani: translation and audio
Surah 23 · المؤمنون · The Believers · 118 verses
Surah Al-Mu'minun verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Al-Mu'minun word by word in English.
Verse 1
قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ
Transliteration qad aflaḥa l-mu'minūna
Azerbaijani Möminlər, həqiqətən də, nicat tapmışlar;
Verse 2
ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَـٰشِعُونَ
Transliteration alladhīna hum fī ṣalātihim khāshiʿūna
Azerbaijani o kəslər ki, namazlarında mütidirlər,
Verse 3
وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ
Transliteration wa-alladhīna hum ʿani l-laghwi muʿ'riḍūna
Azerbaijani o kəslər ki, sözbazlıqdan qaçırlar,
Verse 4
وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَـٰعِلُونَ
Transliteration wa-alladhīna hum lilzzakati fāʿilūna
Azerbaijani o kəslər ki, zəkat verirlər,
Verse 5
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَـٰفِظُونَ
Transliteration wa-alladhīna hum lifurūjihim ḥāfiẓūna
Azerbaijani o kəslər ki, övrət yerlərini həmişə qoruyurlar,
Verse 6
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
Transliteration illā ʿalā azwājihim aw mā malakat aymānuhum fa-innahum ghayru malūmīna
Azerbaijani zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar.
Verse 7
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
Transliteration famani ib'taghā warāa dhālika fa-ulāika humu l-ʿādūna
Azerbaijani Bundan artığına can atanlar isə həddi aşanlardır.
Verse 8
وَٱلَّذِينَ هُمْ لِأَمَـٰنَـٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
Transliteration wa-alladhīna hum li-amānātihim waʿahdihim rāʿūna
Azerbaijani O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.
Verse 9
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ
Transliteration wa-alladhīna hum ʿalā ṣalawātihim yuḥāfiẓūna
Azerbaijani O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.
Verse 10
أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ
Transliteration ulāika humu l-wārithūna
Azerbaijani Məhz onlar – varis olanlardır.
Verse 11
ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَـٰلِدُونَ
Transliteration alladhīna yarithūna l-fir'dawsa hum fīhā khālidūna
Azerbaijani O kəslər ki, Firdovs cənnətinə varis olacaqlar; onlar orada əbədi qalacaqlar.
Verse 12
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ مِن سُلَـٰلَةٍ مِّن طِينٍ
Transliteration walaqad khalaqnā l-insāna min sulālatin min ṭīnin
Azerbaijani Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq.
Verse 13
ثُمَّ جَعَلْنَـٰهُ نُطْفَةً فِى قَرَارٍ مَّكِينٍ
Transliteration thumma jaʿalnāhu nuṭ'fatan fī qarārin makīnin
Azerbaijani Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik.
Verse 14
ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَـٰمًا فَكَسَوْنَا ٱلْعِظَـٰمَ لَحْمًا ثُمَّ أَنشَأْنَـٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ
Transliteration thumma khalaqnā l-nuṭ'fata ʿalaqatan fakhalaqnā l-ʿalaqata muḍ'ghatan fakhalaqnā l-muḍ'ghata ʿiẓāman fakasawnā l-ʿiẓāma laḥman thumma anshanāhu khalqan ākhara fatabāraka l-lahu aḥsanu l-khāliqīna
Azerbaijani Sonra nütfədən laxtalanmış qan yaratdıq; sonra o qandan bir parça ət yaratdıq; sonra o bir parça ətdən sümüklər yaratdıq; sonra da sümükləri ət ilə örtdük; sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!
Verse 15
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
Transliteration thumma innakum baʿda dhālika lamayyitūna
Azerbaijani Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz.
Verse 16
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَـٰمَةِ تُبْعَثُونَ
Transliteration thumma innakum yawma l-qiyāmati tub'ʿathūna
Azerbaijani Sonra da Qiyamət günü dirildiləcəksiniz.
Verse 17
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَـٰفِلِينَ
Transliteration walaqad khalaqnā fawqakum sabʿa ṭarāiqa wamā kunnā ʿani l-khalqi ghāfilīna
Azerbaijani Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq.
Verse 18
وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَسْكَنَّـٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَـٰدِرُونَ
Transliteration wa-anzalnā mina l-samāi māan biqadarin fa-askannāhu fī l-arḍi wa-innā ʿalā dhahābin bihi laqādirūna
Azerbaijani Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.
Verse 19
فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّـٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَـٰبٍ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Transliteration fa-anshanā lakum bihi jannātin min nakhīlin wa-aʿnābin lakum fīhā fawākihu kathīratun wamin'hā takulūna
Azerbaijani Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır.
Verse 20
وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍ لِّلْـَٔاكِلِينَ
Transliteration washajaratan takhruju min ṭūri saynāa tanbutu bil-duh'ni waṣib'ghin lil'ākilīna
Azerbaijani Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir.
Verse 21
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Transliteration wa-inna lakum fī l-anʿāmi laʿib'ratan nus'qīkum mimmā fī buṭūnihā walakum fīhā manāfiʿu kathīratun wamin'hā takulūna
Azerbaijani Həqiqətən, ev heyvanlarında da sizin üçün ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda başqa faydalar da var. Üstəlik onlardan yeyirsiniz də.
Verse 22
وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ
Transliteration waʿalayhā waʿalā l-ful'ki tuḥ'malūna
Azerbaijani Siz həm o heyvanlarla, həm də gəmilər ilə daşınırsınız.
Verse 23
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَـٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ
Transliteration walaqad arsalnā nūḥan ilā qawmihi faqāla yāqawmi uʿ'budū l-laha mā lakum min ilāhin ghayruhu afalā tattaqūna
Azerbaijani Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 24
فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةً مَّا سَمِعْنَا بِهَـٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ
Transliteration faqāla l-mala-u alladhīna kafarū min qawmihi mā hādhā illā basharun mith'lukum yurīdu an yatafaḍḍala ʿalaykum walaw shāa l-lahu la-anzala malāikatan mā samiʿ'nā bihādhā fī ābāinā l-awalīna
Azerbaijani Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah elçi göndərmək istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik.
Verse 25
إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍ
Transliteration in huwa illā rajulun bihi jinnatun fatarabbaṣū bihi ḥattā ḥīnin
Azerbaijani Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!”
Verse 26
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Transliteration qāla rabbi unṣur'nī bimā kadhabūni
Azerbaijani O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 27
فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَـٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ
Transliteration fa-awḥaynā ilayhi ani iṣ'naʿi l-ful'ka bi-aʿyuninā wawaḥyinā fa-idhā jāa amrunā wafāra l-tanūru fa-us'luk fīhā min kullin zawjayni ith'nayni wa-ahlaka illā man sabaqa ʿalayhi l-qawlu min'hum walā tukhāṭib'nī fī alladhīna ẓalamū innahum mugh'raqūna
Azerbaijani Biz ona vəhy etdik: “Gözlərimiz önündə və vəhyimizlə gəmini düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt erkək və dişi, barəsində söz keçmiş (əleyhinə hökm verilmiş) kəslər istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar suya qərq olunacaqlar.
Verse 28
فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ
Transliteration fa-idhā is'tawayta anta waman maʿaka ʿalā l-ful'ki faquli l-ḥamdu lillahi alladhī najjānā mina l-qawmi l-ẓālimīna
Azerbaijani Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!”
Verse 29
وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ
Transliteration waqul rabbi anzil'nī munzalan mubārakan wa-anta khayru l-munzilīna
Azerbaijani Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”
Verse 30
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ
Transliteration inna fī dhālika laāyātin wa-in kunnā lamub'talīna
Azerbaijani Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz qullarımızı beləcə sınağa çəkirik.
Verse 31
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ
Transliteration thumma anshanā min baʿdihim qarnan ākharīna
Azerbaijani Onlardan sonra isə başqa bir nəsil yaratdıq.
Verse 32
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَـٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ
Transliteration fa-arsalnā fīhim rasūlan min'hum ani uʿ'budū l-laha mā lakum min ilāhin ghayruhu afalā tattaqūna
Azerbaijani Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?”
Verse 33
وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْـَٔاخِرَةِ وَأَتْرَفْنَـٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَـٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ
Transliteration waqāla l-mala-u min qawmihi alladhīna kafarū wakadhabū biliqāi l-ākhirati wa-atrafnāhum fī l-ḥayati l-dun'yā mā hādhā illā basharun mith'lukum yakulu mimmā takulūna min'hu wayashrabu mimmā tashrabūna
Azerbaijani Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
Verse 34
وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَـٰسِرُونَ
Transliteration wala-in aṭaʿtum basharan mith'lakum innakum idhan lakhāsirūna
Azerbaijani Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
Verse 35
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَـٰمًا أَنَّكُم مُّخْرَجُونَ
Transliteration ayaʿidukum annakum idhā mittum wakuntum turāban waʿiẓāman annakum mukh'rajūna
Azerbaijani O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir?
Verse 36
۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
Transliteration hayhāta hayhāta limā tūʿadūna
Azerbaijani Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq!
Verse 37
إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
Transliteration in hiya illā ḥayātunā l-dun'yā namūtu wanaḥyā wamā naḥnu bimabʿūthīna
Azerbaijani Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik.
Verse 38
إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ
Transliteration in huwa illā rajulun if'tarā ʿalā l-lahi kadhiban wamā naḥnu lahu bimu'minīna
Azerbaijani Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”.
Verse 39
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Transliteration qāla rabbi unṣur'nī bimā kadhabūni
Azerbaijani O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!”
Verse 40
قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَـٰدِمِينَ
Transliteration qāla ʿammā qalīlin layuṣ'biḥunna nādimīna
Azerbaijani Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!”
Verse 41
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَـٰهُمْ غُثَآءً ۚ فَبُعْدًا لِّلْقَوْمِ ٱلظَّـٰلِمِينَ
Transliteration fa-akhadhathumu l-ṣayḥatu bil-ḥaqi fajaʿalnāhum ghuthāan fabuʿ'dan lil'qawmi l-ẓālimīna
Azerbaijani Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
Verse 42
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ
Transliteration thumma anshanā min baʿdihim qurūnan ākharīna
Azerbaijani Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
Verse 43
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Transliteration mā tasbiqu min ummatin ajalahā wamā yastakhirūna
Azerbaijani Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.
Verse 44
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ۖ كُلَّ مَا جَآءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَـٰهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ
Transliteration thumma arsalnā rusulanā tatrā kulla mā jāa ummatan rasūluhā kadhabūhu fa-atbaʿnā baʿḍahum baʿḍan wajaʿalnāhum aḥādītha fabuʿ'dan liqawmin lā yu'minūna
Azerbaijani Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən adamlar!
Verse 45
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَـٰرُونَ بِـَٔايَـٰتِنَا وَسُلْطَـٰنٍ مُّبِينٍ
Transliteration thumma arsalnā mūsā wa-akhāhu hārūna biāyātinā wasul'ṭānin mubīnin
Azerbaijani Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik –
Verse 46
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ
Transliteration ilā fir'ʿawna wamala-ihi fa-is'takbarū wakānū qawman ʿālīna
Azerbaijani Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini yüksək tutan adamlar idilər.
Verse 47
فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَـٰبِدُونَ
Transliteration faqālū anu'minu libasharayni mith'linā waqawmuhumā lanā ʿābidūna
Azerbaijani Onlar dedilər: “Bunların tayfası bizə kölə olduğu halda, biz özümüz kimi iki adama inanacağıq?”
Verse 48
فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ
Transliteration fakadhabūhumā fakānū mina l-muh'lakīna
Azerbaijani Beləliklə, onları yalançı saydılar və həlak edilənlərdən oldular.
Verse 49
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَـٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ
Transliteration walaqad ātaynā mūsā l-kitāba laʿallahum yahtadūna
Azerbaijani Biz Musaya Kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər!
Verse 50
وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةً وَءَاوَيْنَـٰهُمَآ إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ
Transliteration wajaʿalnā ib'na maryama wa-ummahu āyatan waāwaynāhumā ilā rabwatin dhāti qarārin wamaʿīnin
Azerbaijani Biz Məryəm oğlunu və onun anasını bir möcüzə etdik. Onları əlverişli bir yerdə, çeşmə axan bir təpədə yerləşdirdik.
Verse 51
يَـٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَـٰتِ وَٱعْمَلُوا۟ صَـٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌ
Transliteration yāayyuhā l-rusulu kulū mina l-ṭayibāti wa-iʿ'malū ṣāliḥan innī bimā taʿmalūna ʿalīmun
Azerbaijani Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!
Verse 52
وَإِنَّ هَـٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ
Transliteration wa-inna hādhihi ummatukum ummatan wāḥidatan wa-anā rabbukum fa-ittaqūni
Azerbaijani Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun.
Verse 53
فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
Transliteration fataqaṭṭaʿū amrahum baynahum zuburan kullu ḥiz'bin bimā ladayhim fariḥūna
Azerbaijani Lakin ümmətlər özlərinin dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir.
Verse 54
فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ
Transliteration fadharhum fī ghamratihim ḥattā ḥīnin
Azerbaijani Sən onları bir müddət öz cəhaləti içində burax!
Verse 55
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍ وَبَنِينَ
Transliteration ayaḥsabūna annamā numidduhum bihi min mālin wabanīna
Azerbaijani Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə
Verse 56
نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ ۚ بَل لَّا يَشْعُرُونَ
Transliteration nusāriʿu lahum fī l-khayrāti bal lā yashʿurūna
Azerbaijani onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar.
Verse 57
إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ
Transliteration inna alladhīna hum min khashyati rabbihim mush'fiqūna
Azerbaijani Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər,
Verse 58
وَٱلَّذِينَ هُم بِـَٔايَـٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ
Transliteration wa-alladhīna hum biāyāti rabbihim yu'minūna
Azerbaijani Rəbbinin ayələrinə iman gətirənlər,
Verse 59
وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ
Transliteration wa-alladhīna hum birabbihim lā yush'rikūna
Azerbaijani Rəbbinə şərik qoşmayanlar,
Verse 60
وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ
Transliteration wa-alladhīna yu'tūna mā ātaw waqulūbuhum wajilatun annahum ilā rabbihim rājiʿūna
Azerbaijani Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər –
Verse 61
أُو۟لَـٰٓئِكَ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَـٰبِقُونَ
Transliteration ulāika yusāriʿūna fī l-khayrāti wahum lahā sābiqūna
Azerbaijani Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.
Verse 62
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَـٰبٌ يَنطِقُ بِٱلْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
Transliteration walā nukallifu nafsan illā wus'ʿahā waladaynā kitābun yanṭiqu bil-ḥaqi wahum lā yuẓ'lamūna
Azerbaijani Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.
Verse 63
بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍ مِّنْ هَـٰذَا وَلَهُمْ أَعْمَـٰلٌ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَـٰمِلُونَ
Transliteration bal qulūbuhum fī ghamratin min hādhā walahum aʿmālun min dūni dhālika hum lahā ʿāmilūna
Azerbaijani Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan əlavə gördükləri başqa pis işləri də vardır.
Verse 64
حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ
Transliteration ḥattā idhā akhadhnā mut'rafīhim bil-ʿadhābi idhā hum yajarūna
Azerbaijani Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar.
Verse 65
لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ
Transliteration lā tajarū l-yawma innakum minnā lā tunṣarūna
Azerbaijani Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!”
Verse 66
قَدْ كَانَتْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَـٰبِكُمْ تَنكِصُونَ
Transliteration qad kānat āyātī tut'lā ʿalaykum fakuntum ʿalā aʿqābikum tankiṣūna
Azerbaijani Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz.
Verse 67
مُسْتَكْبِرِينَ بِهِۦ سَـٰمِرًا تَهْجُرُونَ
Transliteration mus'takbirīna bihi sāmiran tahjurūna
Azerbaijani Həm də Kəbə ilə təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız.
Verse 68
أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ
Transliteration afalam yaddabbarū l-qawla am jāahum mā lam yati ābāahumu l-awalīna
Azerbaijani Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi?
Verse 69
أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ
Transliteration am lam yaʿrifū rasūlahum fahum lahu munkirūna
Azerbaijani Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər?
Verse 70
أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَـٰرِهُونَ
Transliteration am yaqūlūna bihi jinnatun bal jāahum bil-ḥaqi wa-aktharuhum lil'ḥaqqi kārihūna
Azerbaijani Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır.
Verse 71
وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَـٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَـٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ
Transliteration walawi ittabaʿa l-ḥaqu ahwāahum lafasadati l-samāwātu wal-arḍu waman fīhinna bal ataynāhum bidhik'rihim fahum ʿan dhik'rihim muʿ'riḍūna
Azerbaijani Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr (Quran) gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.
Verse 72
أَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
Transliteration am tasaluhum kharjan fakharāju rabbika khayrun wahuwa khayru l-rāziqīna
Azerbaijani Yoxsa sən onlardan bir mükafat istəyirsən? Rəbbinin mükafatı daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!
Verse 73
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Transliteration wa-innaka latadʿūhum ilā ṣirāṭin mus'taqīmin
Azerbaijani Sən, həqiqətən də, onları doğru yola çağırırsan.
Verse 74
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَـٰكِبُونَ
Transliteration wa-inna alladhīna lā yu'minūna bil-ākhirati ʿani l-ṣirāṭi lanākibūna
Azerbaijani Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
Verse 75
۞ وَلَوْ رَحِمْنَـٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا۟ فِى طُغْيَـٰنِهِمْ يَعْمَهُونَ
Transliteration walaw raḥim'nāhum wakashafnā mā bihim min ḍurrin lalajjū fī ṭugh'yānihim yaʿmahūna
Azerbaijani Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar yenə öz azğınlıqları içində sərgərdan gəzəcəklər.
Verse 76
وَلَقَدْ أَخَذْنَـٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
Transliteration walaqad akhadhnāhum bil-ʿadhābi famā is'takānū lirabbihim wamā yataḍarraʿūna
Azerbaijani Biz onları əzabla yaxaladıq, onlar yenə öz Rəbbinə boyun əymədilər, Ona yalvarıb-yaxarmadılar.
Verse 77
حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
Transliteration ḥattā idhā fataḥnā ʿalayhim bāban dhā ʿadhābin shadīdin idhā hum fīhi mub'lisūna
Azerbaijani Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Verse 78
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَـٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًا مَّا تَشْكُرُونَ
Transliteration wahuwa alladhī ansha-a lakumu l-samʿa wal-abṣāra wal-afidata qalīlan mā tashkurūna
Azerbaijani Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz.
Verse 79
وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
Transliteration wahuwa alladhī dhara-akum fī l-arḍi wa-ilayhi tuḥ'sharūna
Azerbaijani Sizi yer üzündə yerləşdirən Odur. Siz Onun hüzuruna toplanacaqsınız.
Verse 80
وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَـٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ
Transliteration wahuwa alladhī yuḥ'yī wayumītu walahu ikh'tilāfu al-layli wal-nahāri afalā taʿqilūna
Azerbaijani Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər bunu anlamırsınız?
Verse 81
بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ
Transliteration bal qālū mith'la mā qāla l-awalūna
Azerbaijani Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər.
Verse 82
قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Transliteration qālū a-idhā mit'nā wakunnā turāban waʿiẓāman a-innā lamabʿūthūna
Azerbaijani Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyik?”
Verse 83
لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَـٰذَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ
Transliteration laqad wuʿid'nā naḥnu waābāunā hādhā min qablu in hādhā illā asāṭīru l-awalīna
Azerbaijani Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil.
Verse 84
قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ
Transliteration qul limani l-arḍu waman fīhā in kuntum taʿlamūna
Azerbaijani De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?”
Verse 85
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ
Transliteration sayaqūlūna lillahi qul afalā tadhakkarūna
Azerbaijani Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almırsıniz?”
Verse 86
قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ
Transliteration qul man rabbu l-samāwāti l-sabʿi warabbu l-ʿarshi l-ʿaẓīmi
Azerbaijani De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?”
Verse 87
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ
Transliteration sayaqūlūna lillahi qul afalā tattaqūna
Azerbaijani Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?”
Verse 88
قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ
Transliteration qul man biyadihi malakūtu kulli shayin wahuwa yujīru walā yujāru ʿalayhi in kuntum taʿlamūna
Azerbaijani De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Verse 89
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ
Transliteration sayaqūlūna lillahi qul fa-annā tus'ḥarūna
Azerbaijani Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”
Verse 90
بَلْ أَتَيْنَـٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَـٰذِبُونَ
Transliteration bal ataynāhum bil-ḥaqi wa-innahum lakādhibūna
Azerbaijani Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar!
Verse 91
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Transliteration mā ittakhadha l-lahu min waladin wamā kāna maʿahu min ilāhin idhan ladhahaba kullu ilāhin bimā khalaqa walaʿalā baʿḍuhum ʿalā baʿḍin sub'ḥāna l-lahi ʿammā yaṣifūna
Azerbaijani Allah Özünə heç bir övlad götürməmişdir. Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.
Verse 92
عَـٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ فَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ
Transliteration ʿālimi l-ghaybi wal-shahādati fataʿālā ʿammā yush'rikūna
Azerbaijani O, qeybi və aşkarı biləndir. Allah müşriklərin Ona qoşduqları şəriklərdən çox ucadır.
Verse 93
قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ
Transliteration qul rabbi immā turiyannī mā yūʿadūna
Azerbaijani De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə,
Verse 94
رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ
Transliteration rabbi falā tajʿalnī fī l-qawmi l-ẓālimīna
Azerbaijani məni zalım adamların içində qoyma, ey Rəbbim!”
Verse 95
وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَـٰدِرُونَ
Transliteration wa-innā ʿalā an nuriyaka mā naʿiduhum laqādirūna
Azerbaijani Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.
Verse 96
ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
Transliteration id'faʿ bi-allatī hiya aḥsanu l-sayi-ata naḥnu aʿlamu bimā yaṣifūna
Azerbaijani Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.
Verse 97
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَـٰطِينِ
Transliteration waqul rabbi aʿūdhu bika min hamazāti l-shayāṭīni
Azerbaijani De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Verse 98
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ
Transliteration wa-aʿūdhu bika rabbi an yaḥḍurūni
Azerbaijani Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
Verse 99
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ
Transliteration ḥattā idhā jāa aḥadahumu l-mawtu qāla rabbi ir'jiʿūni
Azerbaijani Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar.
Verse 100
لَعَلِّىٓ أَعْمَلُ صَـٰلِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Transliteration laʿallī aʿmalu ṣāliḥan fīmā taraktu kallā innahā kalimatun huwa qāiluhā wamin warāihim barzakhun ilā yawmi yub'ʿathūna
Azerbaijani Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır.
Verse 101
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَآءَلُونَ
Transliteration fa-idhā nufikha fī l-ṣūri falā ansāba baynahum yawma-idhin walā yatasāalūna
Azerbaijani Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar.
Verse 102
فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Transliteration faman thaqulat mawāzīnuhu fa-ulāika humu l-muf'liḥūna
Azerbaijani O gün məhz tərəziləri ağır gələnlər nicat tapacaqlar.
Verse 103
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَـٰلِدُونَ
Transliteration waman khaffat mawāzīnuhu fa-ulāika alladhīna khasirū anfusahum fī jahannama khālidūna
Azerbaijani Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar Cəhənnəmdə əbədi qalacaqlar.
Verse 104
تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَـٰلِحُونَ
Transliteration talfaḥu wujūhahumu l-nāru wahum fīhā kāliḥūna
Azerbaijani Od onların üzünü yandıracaq və onlar orada qıc olmuş vəziyyətdə qalacaqlar.
Verse 105
أَلَمْ تَكُنْ ءَايَـٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ
Transliteration alam takun āyātī tut'lā ʿalaykum fakuntum bihā tukadhibūna
Azerbaijani Məgər Mənim ayələrim sizə oxunmurdumu, siz də onları yalan hesab etmirdinizmi?
Verse 106
قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّينَ
Transliteration qālū rabbanā ghalabat ʿalaynā shiq'watunā wakunnā qawman ḍāllīna
Azerbaijani Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.
Verse 107
رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَـٰلِمُونَ
Transliteration rabbanā akhrij'nā min'hā fa-in ʿud'nā fa-innā ẓālimūna
Azerbaijani Ey Rəbbimiz! Bizi oradan çıxart! Əgər bir də günah işlərə qayıtsaq, həqiqətən də, zalım olarıq”.
Verse 108
قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ
Transliteration qāla ikh'saū fīhā walā tukallimūni
Azerbaijani Allah buyuracaq: “Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!
Verse 109
إِنَّهُۥ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Transliteration innahu kāna farīqun min ʿibādī yaqūlūna rabbanā āmannā fa-igh'fir lanā wa-ir'ḥamnā wa-anta khayru l-rāḥimīna
Azerbaijani Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər.
Verse 110
فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ
Transliteration fa-ittakhadhtumūhum sikh'riyyan ḥattā ansawkum dhik'rī wakuntum min'hum taḍḥakūna
Azerbaijani Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu məsxərə Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz.
Verse 111
إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ
Transliteration innī jazaytuhumu l-yawma bimā ṣabarū annahum humu l-fāizūna
Azerbaijani Bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Şübhəsiz ki, uğur qazananlar da onlardır!”
Verse 112
قَـٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ
Transliteration qāla kam labith'tum fī l-arḍi ʿadada sinīna
Azerbaijani Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq.
Verse 113
قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَسْـَٔلِ ٱلْعَآدِّينَ
Transliteration qālū labith'nā yawman aw baʿḍa yawmin fasali l-ʿādīna
Azerbaijani Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən günləri sayanlardan soruş”– deyəcəklər.
Verse 114
قَـٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ
Transliteration qāla in labith'tum illā qalīlan law annakum kuntum taʿlamūna
Azerbaijani Allah deyəcək: “Siz orada çox az qaldınız. Kaş bunu biləydiniz!
Verse 115
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَـٰكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
Transliteration afaḥasib'tum annamā khalaqnākum ʿabathan wa-annakum ilaynā lā tur'jaʿūna
Azerbaijani Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”
Verse 116
فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ
Transliteration fataʿālā l-lahu l-maliku l-ḥaqu lā ilāha illā huwa rabbu l-ʿarshi l-karīmi
Azerbaijani Haqq Hökmdar olan Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir.
Verse 117
وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ لَا بُرْهَـٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَـٰفِرُونَ
Transliteration waman yadʿu maʿa l-lahi ilāhan ākhara lā bur'hāna lahu bihi fa-innamā ḥisābuhu ʿinda rabbihi innahu lā yuf'liḥu l-kāfirūna
Azerbaijani Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!
Verse 118
وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Transliteration waqul rabbi igh'fir wa-ir'ḥam wa-anta khayru l-rāḥimīna
Azerbaijani De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”
Read Surah Al-Mu'minun in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.