Surah Maryam in Azerbaijani: translation and audio
Surah 19 · مريم · Mary · 98 verses
Surah Maryam verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Maryam word by word in English.
Verse 1
كٓهيعٓصٓ
Transliteration kaf-ha-ya-ain-sad
Azerbaijani Kəf. Hə. Yə. Ayn. Sad.
Verse 2
ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ
Transliteration dhik'ru raḥmati rabbika ʿabdahu zakariyyā
Azerbaijani Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır.
Verse 3
إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّا
Transliteration idh nādā rabbahu nidāan khafiyyan
Azerbaijani Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib
Verse 4
قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّا
Transliteration qāla rabbi innī wahana l-ʿaẓmu minnī wa-ish'taʿala l-rasu shayban walam akun biduʿāika rabbi shaqiyyan
Azerbaijani demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
Verse 5
وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّا
Transliteration wa-innī khif'tu l-mawāliya min warāī wakānati im'ra-atī ʿāqiran fahab lī min ladunka waliyyan
Azerbaijani Mən özümdən sonra gələn qohumlarımdan bəzisinin dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki,
Verse 6
يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ ۖ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّا
Transliteration yarithunī wayarithu min āli yaʿqūba wa-ij'ʿalhu rabbi raḍiyyan
Azerbaijani o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”
Verse 7
يَـٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَـٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّا
Transliteration yāzakariyyā innā nubashiruka bighulāmin us'muhu yaḥyā lam najʿal lahu min qablu samiyyan
Azerbaijani Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”
Verse 8
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّا
Transliteration qāla rabbi annā yakūnu lī ghulāmun wakānati im'ra-atī ʿāqiran waqad balaghtu mina l-kibari ʿitiyyan
Azerbaijani O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”
Verse 9
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًٔا
Transliteration qāla kadhālika qāla rabbuka huwa ʿalayya hayyinun waqad khalaqtuka min qablu walam taku shayan
Azerbaijani Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»
Verse 10
قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً ۚ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَـٰثَ لَيَالٍ سَوِيًّا
Transliteration qāla rabbi ij'ʿal lī āyatan qāla āyatuka allā tukallima l-nāsa thalātha layālin sawiyyan
Azerbaijani O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”
Verse 11
فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةً وَعَشِيًّا
Transliteration fakharaja ʿalā qawmihi mina l-miḥ'rābi fa-awḥā ilayhim an sabbiḥū buk'ratan waʿashiyyan
Azerbaijani O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”
Verse 12
يَـٰيَحْيَىٰ خُذِ ٱلْكِتَـٰبَ بِقُوَّةٍ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْحُكْمَ صَبِيًّا
Transliteration yāyaḥyā khudhi l-kitāba biquwwatin waātaynāhu l-ḥuk'ma ṣabiyyan
Azerbaijani Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik.
Verse 13
وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَوٰةً ۖ وَكَانَ تَقِيًّا
Transliteration waḥanānan min ladunnā wazakatan wakāna taqiyyan
Azerbaijani Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi.
Verse 14
وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا
Transliteration wabarran biwālidayhi walam yakun jabbāran ʿaṣiyyan
Azerbaijani Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi.
Verse 15
وَسَلَـٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا
Transliteration wasalāmun ʿalayhi yawma wulida wayawma yamūtu wayawma yub'ʿathu ḥayyan
Azerbaijani Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
Verse 16
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا
Transliteration wa-udh'kur fī l-kitābi maryama idhi intabadhat min ahlihā makānan sharqiyyan
Azerbaijani Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş
Verse 17
فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
Transliteration fa-ittakhadhat min dūnihim ḥijāban fa-arsalnā ilayhā rūḥanā fatamathala lahā basharan sawiyyan
Azerbaijani və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuz Cəbraili onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.
Verse 18
قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَـٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا
Transliteration qālat innī aʿūdhu bil-raḥmāni minka in kunta taqiyyan
Azerbaijani Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”.
Verse 19
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَـٰمًا زَكِيًّا
Transliteration qāla innamā anā rasūlu rabbiki li-ahaba laki ghulāman zakiyyan
Azerbaijani Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.
Verse 20
قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا
Transliteration qālat annā yakūnu lī ghulāmun walam yamsasnī basharun walam aku baghiyyan
Azerbaijani Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”
Verse 21
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا ۚ وَكَانَ أَمْرًا مَّقْضِيًّا
Transliteration qāla kadhāliki qāla rabbuki huwa ʿalayya hayyinun walinajʿalahu āyatan lilnnāsi waraḥmatan minnā wakāna amran maqḍiyyan
Azerbaijani Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”».
Verse 22
۞ فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًا قَصِيًّا
Transliteration faḥamalathu fa-intabadhat bihi makānan qaṣiyyan
Azerbaijani Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi.
Verse 23
فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَـٰلَيْتَنِى مِتُّ قَبْلَ هَـٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا
Transliteration fa-ajāahā l-makhāḍu ilā jidh'ʿi l-nakhlati qālat yālaytanī mittu qabla hādhā wakuntu nasyan mansiyyan
Azerbaijani Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”
Verse 24
فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا
Transliteration fanādāhā min taḥtihā allā taḥzanī qad jaʿala rabbuki taḥtaki sariyyan
Azerbaijani Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı.
Verse 25
وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَـٰقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا
Transliteration wahuzzī ilayki bijidh'ʿi l-nakhlati tusāqiṭ ʿalayki ruṭaban janiyyan
Azerbaijani Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
Verse 26
فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّا
Transliteration fakulī wa-ish'rabī waqarrī ʿaynan fa-immā tarayinna mina l-bashari aḥadan faqūlī innī nadhartu lilrraḥmāni ṣawman falan ukallima l-yawma insiyyan
Azerbaijani Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”».
Verse 27
فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ ۖ قَالُوا۟ يَـٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًٔا فَرِيًّا
Transliteration fa-atat bihi qawmahā taḥmiluhu qālū yāmaryamu laqad ji'ti shayan fariyyan
Azerbaijani Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutdun.
Verse 28
يَـٰٓأُخْتَ هَـٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا
Transliteration yāukh'ta hārūna mā kāna abūki im'ra-a sawin wamā kānat ummuki baghiyyan
Azerbaijani Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”.
Verse 29
فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّا
Transliteration fa-ashārat ilayhi qālū kayfa nukallimu man kāna fī l-mahdi ṣabiyyan
Azerbaijani Məryəm uşağı göstərdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
Verse 30
قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَـٰبَ وَجَعَلَنِى نَبِيًّا
Transliteration qāla innī ʿabdu l-lahi ātāniya l-kitāba wajaʿalanī nabiyyan
Azerbaijani Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi.
Verse 31
وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَـٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّا
Transliteration wajaʿalanī mubārakan ayna mā kuntu wa-awṣānī bil-ṣalati wal-zakati mā dum'tu ḥayyan
Azerbaijani Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi.
Verse 32
وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًا شَقِيًّا
Transliteration wabarran biwālidatī walam yajʿalnī jabbāran shaqiyyan
Azerbaijani Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi.
Verse 33
وَٱلسَّلَـٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا
Transliteration wal-salāmu ʿalayya yawma wulidttu wayawma amūtu wayawma ub'ʿathu ḥayyan
Azerbaijani Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
Verse 34
ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ ۚ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ
Transliteration dhālika ʿīsā ub'nu maryama qawla l-ḥaqi alladhī fīhi yamtarūna
Azerbaijani Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur!
Verse 35
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ ۖ سُبْحَـٰنَهُۥٓ ۚ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
Transliteration mā kāna lillahi an yattakhidha min waladin sub'ḥānahu idhā qaḍā amran fa-innamā yaqūlu lahu kun fayakūnu
Azerbaijani Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar.
Verse 36
وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ هَـٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ
Transliteration wa-inna l-laha rabbī warabbukum fa-uʿ'budūhu hādhā ṣirāṭun mus'taqīmun
Azerbaijani İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
Verse 37
فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ
Transliteration fa-ikh'talafa l-aḥzābu min baynihim fawaylun lilladhīna kafarū min mashhadi yawmin ʿaẓīmin
Azerbaijani Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
Verse 38
أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَـٰكِنِ ٱلظَّـٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَـٰلٍ مُّبِينٍ
Transliteration asmiʿ bihim wa-abṣir yawma yatūnanā lākini l-ẓālimūna l-yawma fī ḍalālin mubīnin
Azerbaijani Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
Verse 39
وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ
Transliteration wa-andhir'hum yawma l-ḥasrati idh quḍiya l-amru wahum fī ghaflatin wahum lā yu'minūna
Azerbaijani Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.
Verse 40
إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ
Transliteration innā naḥnu narithu l-arḍa waman ʿalayhā wa-ilaynā yur'jaʿūna
Azerbaijani Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.
Verse 41
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِبْرَٰهِيمَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا
Transliteration wa-udh'kur fī l-kitābi ib'rāhīma innahu kāna ṣiddīqan nabiyyan
Azerbaijani Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.
Verse 42
إِذْ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًٔا
Transliteration idh qāla li-abīhi yāabati lima taʿbudu mā lā yasmaʿu walā yub'ṣiru walā yugh'nī ʿanka shayan
Azerbaijani Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?
Verse 43
يَـٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًا سَوِيًّا
Transliteration yāabati innī qad jāanī mina l-ʿil'mi mā lam yatika fa-ittabiʿ'nī ahdika ṣirāṭan sawiyyan
Azerbaijani Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim.
Verse 44
يَـٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَـٰنَ ۖ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلرَّحْمَـٰنِ عَصِيًّا
Transliteration yāabati lā taʿbudi l-shayṭāna inna l-shayṭāna kāna lilrraḥmāni ʿaṣiyyan
Azerbaijani Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu.
Verse 45
يَـٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ ٱلرَّحْمَـٰنِ فَتَكُونَ لِلشَّيْطَـٰنِ وَلِيًّا
Transliteration yāabati innī akhāfu an yamassaka ʿadhābun mina l-raḥmāni fatakūna lilshayṭāni waliyyan
Azerbaijani Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”.
Verse 46
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّا
Transliteration qāla arāghibun anta ʿan ālihatī yāib'rāhīmu la-in lam tantahi la-arjumannaka wa-uh'jur'nī maliyyan
Azerbaijani Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?! Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
Verse 47
قَالَ سَلَـٰمٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ ۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّا
Transliteration qāla salāmun ʿalayka sa-astaghfiru laka rabbī innahu kāna bī ḥafiyyan
Azerbaijani İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
Verse 48
وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّا
Transliteration wa-aʿtazilukum wamā tadʿūna min dūni l-lahi wa-adʿū rabbī ʿasā allā akūna biduʿāi rabbī shaqiyyan
Azerbaijani Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.
Verse 49
فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَـٰقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا
Transliteration falammā iʿ'tazalahum wamā yaʿbudūna min dūni l-lahi wahabnā lahu is'ḥāqa wayaʿqūba wakullan jaʿalnā nabiyyan
Azerbaijani İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik.
Verse 50
وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا
Transliteration wawahabnā lahum min raḥmatinā wajaʿalnā lahum lisāna ṣid'qin ʿaliyyan
Azerbaijani Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik.
Verse 51
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ مُوسَىٰٓ ۚ إِنَّهُۥ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا
Transliteration wa-udh'kur fī l-kitābi mūsā innahu kāna mukh'laṣan wakāna rasūlan nabiyyan
Azerbaijani Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
Verse 52
وَنَـٰدَيْنَـٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَـٰهُ نَجِيًّا
Transliteration wanādaynāhu min jānibi l-ṭūri l-aymani waqarrabnāhu najiyyan
Azerbaijani Biz Musanı sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik.
Verse 53
وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَـٰرُونَ نَبِيًّا
Transliteration wawahabnā lahu min raḥmatinā akhāhu hārūna nabiyyan
Azerbaijani Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik.
Verse 54
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِسْمَـٰعِيلَ ۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا
Transliteration wa-udh'kur fī l-kitābi is'māʿīla innahu kāna ṣādiqa l-waʿdi wakāna rasūlan nabiyyan
Azerbaijani Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi.
Verse 55
وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّا
Transliteration wakāna yamuru ahlahu bil-ṣalati wal-zakati wakāna ʿinda rabbihi marḍiyyan
Azerbaijani O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı.
Verse 56
وَٱذْكُرْ فِى ٱلْكِتَـٰبِ إِدْرِيسَ ۚ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا
Transliteration wa-udh'kur fī l-kitābi id'rīsa innahu kāna ṣiddīqan nabiyyan
Azerbaijani Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.
Verse 57
وَرَفَعْنَـٰهُ مَكَانًا عَلِيًّا
Transliteration warafaʿnāhu makānan ʿaliyyan
Azerbaijani Biz onu yüksək bir məqama ucaltdıq.
Verse 58
أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُ ٱلرَّحْمَـٰنِ خَرُّوا۟ سُجَّدًا وَبُكِيًّا ۩
Transliteration ulāika alladhīna anʿama l-lahu ʿalayhim mina l-nabiyīna min dhurriyyati ādama wamimman ḥamalnā maʿa nūḥin wamin dhurriyyati ib'rāhīma wa-is'rāīla wamimman hadaynā wa-ij'tabaynā idhā tut'lā ʿalayhim āyātu l-raḥmāni kharrū sujjadan wabukiyyan
Azerbaijani Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır.
Verse 59
۞ فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا
Transliteration fakhalafa min baʿdihim khalfun aḍāʿū l-ṣalata wa-ittabaʿū l-shahawāti fasawfa yalqawna ghayyan
Azerbaijani Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar.
Verse 60
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَـٰلِحًا فَأُو۟لَـٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًٔا
Transliteration illā man tāba waāmana waʿamila ṣāliḥan fa-ulāika yadkhulūna l-janata walā yuẓ'lamūna shayan
Azerbaijani Ancaq Allaha tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar.
Verse 61
جَنَّـٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَـٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ ۚ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّا
Transliteration jannāti ʿadnin allatī waʿada l-raḥmānu ʿibādahu bil-ghaybi innahu kāna waʿduhu matiyyan
Azerbaijani Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir.
Verse 62
لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَـٰمًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا
Transliteration lā yasmaʿūna fīhā laghwan illā salāman walahum riz'quhum fīhā buk'ratan waʿashiyyan
Azerbaijani Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır.
Verse 63
تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا
Transliteration til'ka l-janatu allatī nūrithu min ʿibādinā man kāna taqiyyan
Azerbaijani Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur.
Verse 64
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا
Transliteration wamā natanazzalu illā bi-amri rabbika lahu mā bayna aydīnā wamā khalfanā wamā bayna dhālika wamā kāna rabbuka nasiyyan
Azerbaijani Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.
Verse 65
رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَـٰدَتِهِۦ ۚ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا
Transliteration rabbu l-samāwāti wal-arḍi wamā baynahumā fa-uʿ'bud'hu wa-iṣ'ṭabir liʿibādatihi hal taʿlamu lahu samiyyan
Azerbaijani O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!
Verse 66
وَيَقُولُ ٱلْإِنسَـٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا
Transliteration wayaqūlu l-insānu a-idhā mā mittu lasawfa ukh'raju ḥayyan
Azerbaijani İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?”
Verse 67
أَوَلَا يَذْكُرُ ٱلْإِنسَـٰنُ أَنَّا خَلَقْنَـٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًٔا
Transliteration awalā yadhkuru l-insānu annā khalaqnāhu min qablu walam yaku shayan
Azerbaijani Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?
Verse 68
فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَـٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا
Transliteration fawarabbika lanaḥshurannahum wal-shayāṭīna thumma lanuḥ'ḍirannahum ḥawla jahannama jithiyyan
Azerbaijani Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik.
Verse 69
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَـٰنِ عِتِيًّا
Transliteration thumma lananziʿanna min kulli shīʿatin ayyuhum ashaddu ʿalā l-raḥmāni ʿitiyyan
Azerbaijani Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq.
Verse 70
ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا
Transliteration thumma lanaḥnu aʿlamu bi-alladhīna hum awlā bihā ṣiliyyan
Azerbaijani Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
Verse 71
وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا
Transliteration wa-in minkum illā wāriduhā kāna ʿalā rabbika ḥatman maqḍiyyan
Azerbaijani İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır.
Verse 72
ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيًّا
Transliteration thumma nunajjī alladhīna ittaqaw wanadharu l-ẓālimīna fīhā jithiyyan
Azerbaijani Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.
Verse 73
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا
Transliteration wa-idhā tut'lā ʿalayhim āyātunā bayyinātin qāla alladhīna kafarū lilladhīna āmanū ayyu l-farīqayni khayrun maqāman wa-aḥsanu nadiyyan
Azerbaijani Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
Verse 74
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَـٰثًا وَرِءْيًا
Transliteration wakam ahlaknā qablahum min qarnin hum aḥsanu athāthan wari'yan
Azerbaijani Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
Verse 75
قُلْ مَن كَانَ فِى ٱلضَّلَـٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَـٰنُ مَدًّا ۚ حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا
Transliteration qul man kāna fī l-ḍalālati falyamdud lahu l-raḥmānu maddan ḥattā idhā ra-aw mā yūʿadūna immā l-ʿadhāba wa-immā l-sāʿata fasayaʿlamūna man huwa sharrun makānan wa-aḍʿafu jundan
Azerbaijani De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.
Verse 76
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًى ۗ وَٱلْبَـٰقِيَـٰتُ ٱلصَّـٰلِحَـٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا
Transliteration wayazīdu l-lahu alladhīna ih'tadaw hudan wal-bāqiyātu l-ṣāliḥātu khayrun ʿinda rabbika thawāban wakhayrun maraddan
Azerbaijani Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.
Verse 77
أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَـٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا
Transliteration afara-ayta alladhī kafara biāyātinā waqāla laūtayanna mālan wawaladan
Azerbaijani Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcək!”– deyən adamı gördünmü?
Verse 78
أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًا
Transliteration aṭṭalaʿa l-ghayba ami ittakhadha ʿinda l-raḥmāni ʿahdan
Azerbaijani Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vəd almışdır?
Verse 79
كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّا
Transliteration kallā sanaktubu mā yaqūlu wanamuddu lahu mina l-ʿadhābi maddan
Azerbaijani Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.
Verse 80
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا
Transliteration wanarithuhu mā yaqūlu wayatīnā fardan
Azerbaijani Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
Verse 81
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لِّيَكُونُوا۟ لَهُمْ عِزًّا
Transliteration wa-ittakhadhū min dūni l-lahi ālihatan liyakūnū lahum ʿizzan
Azerbaijani Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.
Verse 82
كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا
Transliteration kallā sayakfurūna biʿibādatihim wayakūnūna ʿalayhim ḍiddan
Azerbaijani Xeyr! Qiyamət günü o məbudlar onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.
Verse 83
أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَـٰطِينَ عَلَى ٱلْكَـٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّا
Transliteration alam tara annā arsalnā l-shayāṭīna ʿalā l-kāfirīna ta-uzzuhum azzan
Azerbaijani Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?
Verse 84
فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا
Transliteration falā taʿjal ʿalayhim innamā naʿuddu lahum ʿaddan
Azerbaijani Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq.
Verse 85
يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَـٰنِ وَفْدًا
Transliteration yawma naḥshuru l-mutaqīna ilā l-raḥmāni wafdan
Azerbaijani O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.
Verse 86
وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا
Transliteration wanasūqu l-muj'rimīna ilā jahannama wir'dan
Azerbaijani Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.
Verse 87
لَّا يَمْلِكُونَ ٱلشَّفَـٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَـٰنِ عَهْدًا
Transliteration lā yamlikūna l-shafāʿata illā mani ittakhadha ʿinda l-raḥmāni ʿahdan
Azerbaijani Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
Verse 88
وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَـٰنُ وَلَدًا
Transliteration waqālū ittakhadha l-raḥmānu waladan
Azerbaijani Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər.
Verse 89
لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّا
Transliteration laqad ji'tum shayan iddan
Azerbaijani Siz olduqca pis bir iş tutdunuz.
Verse 90
تَكَادُ ٱلسَّمَـٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا
Transliteration takādu l-samāwātu yatafaṭṭarna min'hu watanshaqqu l-arḍu watakhirru l-jibālu haddan
Azerbaijani Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
Verse 91
أَن دَعَوْا۟ لِلرَّحْمَـٰنِ وَلَدًا
Transliteration an daʿaw lilrraḥmāni waladan
Azerbaijani Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə.
Verse 92
وَمَا يَنۢبَغِى لِلرَّحْمَـٰنِ أَن يَتَّخِذَ وَلَدًا
Transliteration wamā yanbaghī lilrraḥmāni an yattakhidha waladan
Azerbaijani Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz.
Verse 93
إِن كُلُّ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَـٰنِ عَبْدًا
Transliteration in kullu man fī l-samāwāti wal-arḍi illā ātī l-raḥmāni ʿabdan
Azerbaijani Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək.
Verse 94
لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّا
Transliteration laqad aḥṣāhum waʿaddahum ʿaddan
Azerbaijani Allah onları hesablamış və bir-bir saymışdır.
Verse 95
وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَـٰمَةِ فَرْدًا
Transliteration wakulluhum ātīhi yawma l-qiyāmati fardan
Azerbaijani Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.
Verse 96
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَـٰنُ وُدًّا
Transliteration inna alladhīna āmanū waʿamilū l-ṣāliḥāti sayajʿalu lahumu l-raḥmānu wuddan
Azerbaijani İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.
Verse 97
فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًا لُّدًّا
Transliteration fa-innamā yassarnāhu bilisānika litubashira bihi l-mutaqīna watundhira bihi qawman luddan
Azerbaijani Biz Quranı sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.
Verse 98
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا
Transliteration wakam ahlaknā qablahum min qarnin hal tuḥissu min'hum min aḥadin aw tasmaʿu lahum rik'zan
Azerbaijani Biz onlardan əvvəl neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi?
Read Surah Maryam in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.