MyDugsiStart learning

Surah An-Naml in Azerbaijani: translation and audio

Surah 27 · النمل · The Ant · 93 verses

Surah An-Naml verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah An-Naml word by word in English.

Verse 1

طسٓ ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْقُرْءَانِ وَكِتَابٍ مُّبِينٍ

Transliteration tta-seen til'ka āyātu l-qur'āni wakitābin mubīnin

Azerbaijani Ta. Sin. Bu, Quranın və açıq-ay­dın bir Kitabın ayə­lə­ri­dir.

Verse 2

هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ

Transliteration hudan wabush'rā lil'mu'minīna

Azerbaijani Möminlərə doğru yol gös­təricisi və müjdədir.

Verse 3

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلْـَٔاخِرَةِ هُمْ يُوقِنُونَ

Transliteration alladhīna yuqīmūna l-ṣalata wayu'tūna l-zakata wahum bil-ākhirati hum yūqinūna

Azerbaijani O kəslərə ki, namaz qılır, zəkat ve­rir və axirətə qətiy­yət­lə ina­nırlar.

Verse 4

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَـٰلَهُمْ فَهُمْ يَعْمَهُونَ

Transliteration inna alladhīna lā yu'minūna bil-ākhirati zayyannā lahum aʿmālahum fahum yaʿmahūna

Azerbaijani Həqiqətən, Axirətə iman gətirmə­yənlərin bəd əməllərini on­la­ra yaxşı ki­mi gös­tərdik. Odur ki, onlar azğın­lıq­ları üzün­dən heç nə an­lamadan yer üzün­də veyllənirlər.

Verse 5

أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَهُمْ سُوٓءُ ٱلْعَذَابِ وَهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ

Transliteration ulāika alladhīna lahum sūu l-ʿadhābi wahum fī l-ākhirati humu l-akhsarūna

Azerbaijani Bunlar əzabı ağır olacaq kimsə­lər­dir. Axirətdə ən çox ziyana uğ­raya­caq kəslər də elə onlardır.

Verse 6

وَإِنَّكَ لَتُلَقَّى ٱلْقُرْءَانَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ

Transliteration wa-innaka latulaqqā l-qur'āna min ladun ḥakīmin ʿalīmin

Azerbaijani Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alır­san.

Verse 7

إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِۦٓ إِنِّىٓ ءَانَسْتُ نَارًا سَـَٔاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ ءَاتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ

Transliteration idh qāla mūsā li-ahlihi innī ānastu nāran saātīkum min'hā bikhabarin aw ātīkum bishihābin qabasin laʿallakum taṣṭalūna

Azerbaijani Bir zaman Musa öz ailə­si­nə: “Mən, doğrudan da, bir od gör­düm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gə­ti­rim ki, qı­zı­n­a­sınız”– de­mişdi.

Verse 8

فَلَمَّا جَآءَهَا نُودِىَ أَنۢ بُورِكَ مَن فِى ٱلنَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Transliteration falammā jāahā nūdiya an būrika man fī l-nāri waman ḥawlahā wasub'ḥāna l-lahi rabbi l-ʿālamīna

Azerbaijani Musa oraya gəlib çatanda ona ni­da gəldi: “Odun için­də­ki də, ət­rafın­da­kı da mübarək­dir­lər. Aləmlərin Rəbbi olan Allah pak və mü­qəddəsdir!

Verse 9

يَـٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Transliteration yāmūsā innahu anā l-lahu l-ʿazīzu l-ḥakīmu

Azerbaijani Ey Musa! Qüdrətli, Müd­rik Allah Mənəm!

Verse 10

وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَـٰمُوسَىٰ لَا تَخَفْ إِنِّى لَا يَخَافُ لَدَىَّ ٱلْمُرْسَلُونَ

Transliteration wa-alqi ʿaṣāka falammā raāhā tahtazzu ka-annahā jānnun wallā mud'biran walam yuʿaqqib yāmūsā lā takhaf innī lā yakhāfu ladayya l-mur'salūna

Azerbaijani Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını gör­dük­də dö­nüb qaç­dı və geriyə də dön­mədi. Allah dedi: “Ey Musa! Qorx­ma! Elçilər Mənim hüzu­rumda qorxmazlar.

Verse 11

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًۢا بَعْدَ سُوٓءٍ فَإِنِّى غَفُورٌ رَّحِيمٌ

Transliteration illā man ẓalama thumma baddala ḥus'nan baʿda sūin fa-innī ghafūrun raḥīmun

Azerbaijani Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yax­şılıq edərsə, bil­sin ki, Mən Ba­ğışlayanam, Rəhmliyəm!

Verse 12

وَأَدْخِلْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ۖ فِى تِسْعِ ءَايَـٰتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ

Transliteration wa-adkhil yadaka fī jaybika takhruj bayḍāa min ghayri sūin fī tis'ʿi āyātin ilā fir'ʿawna waqawmihi innahum kānū qawman fāsiqīna

Azerbaijani Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıx­sın. Fi­ro­­na və onun tayfasına gön­dərilən doqquz möcü­zə­dən bi­ri budur. Hə­qi­qətən, onlar fa­siq bir tayfadır!”

Verse 13

فَلَمَّا جَآءَتْهُمْ ءَايَـٰتُنَا مُبْصِرَةً قَالُوا۟ هَـٰذَا سِحْرٌ مُّبِينٌ

Transliteration falammā jāathum āyātunā mub'ṣiratan qālū hādhā siḥ'run mubīnun

Azerbaijani Möcüzələrimiz onlara aş­kar şə­kildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!”– dedi­lər.

Verse 14

وَجَحَدُوا۟ بِهَا وَٱسْتَيْقَنَتْهَآ أَنفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُفْسِدِينَ

Transliteration wajaḥadū bihā wa-is'tayqanathā anfusuhum ẓul'man waʿuluwwan fa-unẓur kayfa kāna ʿāqibatu l-muf'sidīna

Azerbaijani Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu!

Verse 15

وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ وَسُلَيْمَـٰنَ عِلْمًا ۖ وَقَالَا ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِّنْ عِبَادِهِ ٱلْمُؤْمِنِينَ

Transliteration walaqad ātaynā dāwūda wasulaymāna ʿil'man waqālā l-ḥamdu lillahi alladhī faḍḍalanā ʿalā kathīrin min ʿibādihi l-mu'minīna

Azerbaijani Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!”

Verse 16

وَوَرِثَ سُلَيْمَـٰنُ دَاوُۥدَ ۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ وَأُوتِينَا مِن كُلِّ شَىْءٍ ۖ إِنَّ هَـٰذَا لَهُوَ ٱلْفَضْلُ ٱلْمُبِينُ

Transliteration wawaritha sulaymānu dāwūda waqāla yāayyuhā l-nāsu ʿullim'nā manṭiqa l-ṭayri waūtīnā min kulli shayin inna hādhā lahuwa l-faḍlu l-mubīnu

Azerbaijani Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”.

Verse 17

وَحُشِرَ لِسُلَيْمَـٰنَ جُنُودُهُۥ مِنَ ٱلْجِنِّ وَٱلْإِنسِ وَٱلطَّيْرِ فَهُمْ يُوزَعُونَ

Transliteration waḥushira lisulaymāna junūduhu mina l-jini wal-insi wal-ṭayri fahum yūzaʿūna

Azerbaijani Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər.

Verse 18

حَتَّىٰٓ إِذَآ أَتَوْا۟ عَلَىٰ وَادِ ٱلنَّمْلِ قَالَتْ نَمْلَةٌ يَـٰٓأَيُّهَا ٱلنَّمْلُ ٱدْخُلُوا۟ مَسَـٰكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَـٰنُ وَجُنُودُهُۥ وَهُمْ لَا يَشْعُرُونَ

Transliteration ḥattā idhā ataw ʿalā wādi l-namli qālat namlatun yāayyuhā l-namlu ud'khulū masākinakum lā yaḥṭimannakum sulaymānu wajunūduhu wahum lā yashʿurūna

Azerbaijani Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər”.

Verse 19

فَتَبَسَّمَ ضَاحِكًا مِّن قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَـٰلِحًا تَرْضَىٰهُ وَأَدْخِلْنِى بِرَحْمَتِكَ فِى عِبَادِكَ ٱلصَّـٰلِحِينَ

Transliteration fatabassama ḍāḥikan min qawlihā waqāla rabbi awziʿ'nī an ashkura niʿ'mataka allatī anʿamta ʿalayya waʿalā wālidayya wa-an aʿmala ṣāliḥan tarḍāhu wa-adkhil'nī biraḥmatika fī ʿibādika l-ṣāliḥīna

Azerbaijani Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!”

Verse 20

وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ

Transliteration watafaqqada l-ṭayra faqāla mā liya lā arā l-hud'huda am kāna mina l-ghāibīna

Azerbaijani Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur?

Verse 21

لَأُعَذِّبَنَّهُۥ عَذَابًا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَـٰنٍ مُّبِينٍ

Transliteration la-uʿadhibannahu ʿadhāban shadīdan aw laādh'baḥannahu aw layatiyannī bisul'ṭānin mubīnin

Azerbaijani O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm”.

Verse 22

فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطتُ بِمَا لَمْ تُحِطْ بِهِۦ وَجِئْتُكَ مِن سَبَإٍۭ بِنَبَإٍ يَقِينٍ

Transliteration famakatha ghayra baʿīdin faqāla aḥaṭtu bimā lam tuḥiṭ bihi waji'tuka min saba-in binaba-in yaqīnin

Azerbaijani Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm.

Verse 23

إِنِّى وَجَدتُّ ٱمْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَىْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ

Transliteration innī wajadttu im'ra-atan tamlikuhum waūtiyat min kulli shayin walahā ʿarshun ʿaẓīmun

Azerbaijani Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm.

Verse 24

وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَـٰنُ أَعْمَـٰلَهُمْ فَصَدَّهُمْ عَنِ ٱلسَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ

Transliteration wajadttuhā waqawmahā yasjudūna lilshamsi min dūni l-lahi wazayyana lahumu l-shayṭānu aʿmālahum faṣaddahum ʿani l-sabīli fahum lā yahtadūna

Azerbaijani Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər.

Verse 25

أَلَّا يَسْجُدُوا۟ لِلَّهِ ٱلَّذِى يُخْرِجُ ٱلْخَبْءَ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ

Transliteration allā yasjudū lillahi alladhī yukh'riju l-khaba-a fī l-samāwāti wal-arḍi wayaʿlamu mā tukh'fūna wamā tuʿ'linūna

Azerbaijani Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər.

Verse 26

ٱللَّهُ لَآ إِلَـٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ۩

Transliteration al-lahu lā ilāha illā huwa rabbu l-ʿarshi l-ʿaẓīmi

Azerbaijani Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur”.

Verse 27

۞ قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ ٱلْكَـٰذِبِينَ

Transliteration qāla sananẓuru aṣadaqta am kunta mina l-kādhibīna

Azerbaijani Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan.

Verse 28

ٱذْهَب بِّكِتَـٰبِى هَـٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَٱنظُرْ مَاذَا يَرْجِعُونَ

Transliteration idh'hab bikitābī hādhā fa-alqih ilayhim thumma tawalla ʿanhum fa-unẓur mādhā yarjiʿūna

Azerbaijani Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

Verse 29

قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ إِنِّىٓ أُلْقِىَ إِلَىَّ كِتَـٰبٌ كَرِيمٌ

Transliteration qālat yāayyuhā l-mala-u innī ul'qiya ilayya kitābun karīmun

Azerbaijani Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı.

Verse 30

إِنَّهُۥ مِن سُلَيْمَـٰنَ وَإِنَّهُۥ بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

Transliteration innahu min sulaymāna wa-innahu bis'mi l-lahi l-raḥmāni l-raḥīmi

Azerbaijani O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə!

Verse 31

أَلَّا تَعْلُوا۟ عَلَىَّ وَأْتُونِى مُسْلِمِينَ

Transliteration allā taʿlū ʿalayya watūnī mus'limīna

Azerbaijani Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”»

Verse 32

قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ

Transliteration qālat yāayyuhā l-mala-u aftūnī fī amrī mā kuntu qāṭiʿatan amran ḥattā tashhadūni

Azerbaijani Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.”

Verse 33

قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍ وَأُو۟لُوا۟ بَأْسٍ شَدِيدٍ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ

Transliteration qālū naḥnu ulū quwwatin wa-ulū basin shadīdin wal-amru ilayki fa-unẓurī mādhā tamurīna

Azerbaijani Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!”

Verse 34

قَالَتْ إِنَّ ٱلْمُلُوكَ إِذَا دَخَلُوا۟ قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوٓا۟ أَعِزَّةَ أَهْلِهَآ أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ

Transliteration qālat inna l-mulūka idhā dakhalū qaryatan afsadūhā wajaʿalū aʿizzata ahlihā adhillatan wakadhālika yafʿalūna

Azerbaijani Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər.

Verse 35

وَإِنِّى مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌۢ بِمَ يَرْجِعُ ٱلْمُرْسَلُونَ

Transliteration wa-innī mur'silatun ilayhim bihadiyyatin fanāẓiratun bima yarjiʿu l-mur'salūna

Azerbaijani Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar.

Verse 36

فَلَمَّا جَآءَ سُلَيْمَـٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيْرٌ مِّمَّآ ءَاتَىٰكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ

Transliteration falammā jāa sulaymāna qāla atumiddūnani bimālin famā ātāniya l-lahu khayrun mimmā ātākum bal antum bihadiyyatikum tafraḥūna

Azerbaijani Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz.

Verse 37

ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةً وَهُمْ صَـٰغِرُونَ

Transliteration ir'jiʿ ilayhim falanatiyannahum bijunūdin lā qibala lahum bihā walanukh'rijannahum min'hā adhillatan wahum ṣāghirūna

Azerbaijani Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”

Verse 38

قَالَ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَيُّكُمْ يَأْتِينِى بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِى مُسْلِمِينَ

Transliteration qāla yāayyuhā l-mala-u ayyukum yatīnī biʿarshihā qabla an yatūnī mus'limīna

Azerbaijani Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?”

Verse 39

قَالَ عِفْرِيتٌ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌ

Transliteration qāla ʿif'rītun mina l-jini anā ātīka bihi qabla an taqūma min maqāmika wa-innī ʿalayhi laqawiyyun amīnun

Azerbaijani Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!”

Verse 40

قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَءَاهُ مُسْتَقِرًّا عِندَهُۥ قَالَ هَـٰذَا مِن فَضْلِ رَبِّى لِيَبْلُوَنِىٓ ءَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِۦ ۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّى غَنِىٌّ كَرِيمٌ

Transliteration qāla alladhī ʿindahu ʿil'mun mina l-kitābi anā ātīka bihi qabla an yartadda ilayka ṭarfuka falammā raāhu mus'taqirran ʿindahu qāla hādhā min faḍli rabbī liyabluwanī a-ashkuru am akfuru waman shakara fa-innamā yashkuru linafsihi waman kafara fa-inna rabbī ghaniyyun karīmun

Azerbaijani Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

Verse 41

قَالَ نَكِّرُوا۟ لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِىٓ أَمْ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهْتَدُونَ

Transliteration qāla nakkirū lahā ʿarshahā nanẓur atahtadī am takūnu mina alladhīna lā yahtadūna

Azerbaijani Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?”

Verse 42

فَلَمَّا جَآءَتْ قِيلَ أَهَـٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُۥ هُوَ ۚ وَأُوتِينَا ٱلْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ

Transliteration falammā jāat qīla ahākadhā ʿarshuki qālat ka-annahu huwa waūtīnā l-ʿil'ma min qablihā wakunnā mus'limīna

Azerbaijani Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”

Verse 43

وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَـٰفِرِينَ

Transliteration waṣaddahā mā kānat taʿbudu min dūni l-lahi innahā kānat min qawmin kāfirīna

Azerbaijani Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi.

Verse 44

قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَـٰنَ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ

Transliteration qīla lahā ud'khulī l-ṣarḥa falammā ra-athu ḥasibathu lujjatan wakashafat ʿan sāqayhā qāla innahu ṣarḥun mumarradun min qawārīra qālat rabbi innī ẓalamtu nafsī wa-aslamtu maʿa sulaymāna lillahi rabbi l-ʿālamīna

Azerbaijani Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!”

Verse 45

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَـٰلِحًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ

Transliteration walaqad arsalnā ilā thamūda akhāhum ṣāliḥan ani uʿ'budū l-laha fa-idhā hum farīqāni yakhtaṣimūna

Azerbaijani Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qar­daşları Sa­­lehi elçi göndərdik. Onlar isə bir-biri ilə müba­rizə aparan iki fir­qə­yə bölündülər.

Verse 46

قَالَ يَـٰقَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ ٱللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Transliteration qāla yāqawmi lima tastaʿjilūna bil-sayi-ati qabla l-ḥasanati lawlā tastaghfirūna l-laha laʿallakum tur'ḥamūna

Azerbaijani O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pis­li­yə tə­ləsir­siniz? Nə üçün Allah­dan bağışlanmağınızı di­lə­mir­­siniz? Ola bil­sin ki, sizə rəhm olu­na”.

Verse 47

قَالُوا۟ ٱطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ ۚ قَالَ طَـٰٓئِرُكُمْ عِندَ ٱللَّهِ ۖ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ

Transliteration qālū iṭṭayyarnā bika wabiman maʿaka qāla ṭāirukum ʿinda l-lahi bal antum qawmun tuf'tanūna

Azerbaijani Onlar dedilər: “Biz sə­nin və sə­nin­lə birlikdə olanların uc­ba­tın­dan uğur­suz­luğa uğra­dıq”. Saleh dedi: “Sizin uğur­suz­lu­ğunuz Allah yanında­dır. Siz sı­na­ğa çəkilən bir qövmsü­nüz”.

Verse 48

وَكَانَ فِى ٱلْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ

Transliteration wakāna fī l-madīnati tis'ʿatu rahṭin yuf'sidūna fī l-arḍi walā yuṣ'liḥūna

Azerbaijani Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fə­sad törə­dir, yaxşı işlər görmürdülər.

Verse 49

قَالُوا۟ تَقَاسَمُوا۟ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهْلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِۦ وَإِنَّا لَصَـٰدِقُونَ

Transliteration qālū taqāsamū bil-lahi lanubayyitannahu wa-ahlahu thumma lanaqūlanna liwaliyyihi mā shahid'nā mahlika ahlihi wa-innā laṣādiqūna

Azerbaijani Onlar dedilər: “Bir-biri­nizin ya­nında Allaha and için ki, ge­cə ona və ailəsinə basqın edib onları öldürəcək, sonra da onun ya­xın qohumuna de­yə­cəyik ki, biz onun ailəsinin öl­dürüldü­yünü gör­məmişik və biz, həqi­qətən, düzünü de­yi­rik”.

Verse 50

وَمَكَرُوا۟ مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ

Transliteration wamakarū makran wamakarnā makran wahum lā yashʿurūna

Azerbaijani Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmə­di­lər.

Verse 51

فَٱنظُرْ كَيْفَ كَانَ عَـٰقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَـٰهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ

Transliteration fa-unẓur kayfa kāna ʿāqibatu makrihim annā dammarnāhum waqawmahum ajmaʿīna

Azerbaijani Bax gör onların hiylələ­rinin aqi­bəti necə oldu. Biz on­ları bü­tün tay­fa­la­rıyla birlikdə yerlə yeksan etdik.

Verse 52

فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةًۢ بِمَا ظَلَمُوٓا۟ ۗ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْلَمُونَ

Transliteration fatil'ka buyūtuhum khāwiyatan bimā ẓalamū inna fī dhālika laāyatan liqawmin yaʿlamūna

Azerbaijani Haqsızlıqları üzündən vi­ran qal­mış evləri də budur. Hə­qi­qə­tən, bun­da bilən adam­lar üçün ibrət var.

Verse 53

وَأَنجَيْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

Transliteration wa-anjaynā alladhīna āmanū wakānū yattaqūna

Azerbaijani İman gətirib Allahdan qor­xanları isə xilas etdik.

Verse 54

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَـٰحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ

Transliteration walūṭan idh qāla liqawmihi atatūna l-fāḥishata wa-antum tub'ṣirūna

Azerbaijani Lutu da yada sal. Bir za­man o öz qövmünə demişdi: “Gö­zü­nüz görə-gö­rə murdar işmi görəcəksiniz?

Verse 55

أَئِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةً مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ

Transliteration a-innakum latatūna l-rijāla shahwatan min dūni l-nisāi bal antum qawmun tajhalūna

Azerbaijani Siz qadınları qoyub şəh­vətlə ki­şi­lərəmi yaxınlaşacaqsınız? Yox, siz cahil bir qövmsünüz!”

Verse 56

۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوٓا۟ ءَالَ لُوطٍ مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ

Transliteration famā kāna jawāba qawmihi illā an qālū akhrijū āla lūṭin min qaryatikum innahum unāsun yataṭahharūna

Azerbaijani Qövmünün cavabı isə ancaq: “Lu­tun ailəsini kəndi­nizdən çı­xarın. Çün­ki onlar tə­miz qalmaq istəyən adam­lar­dır!”– demələri ol­du.

Verse 57

فَأَنجَيْنَـٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَـٰهَا مِنَ ٱلْغَـٰبِرِينَ

Transliteration fa-anjaynāhu wa-ahlahu illā im'ra-atahu qaddarnāhā mina l-ghābirīna

Azerbaijani Biz onu və ailəsini xilas etdik. Yal­nız arvadından baş­qa. Biz onun arva­dının geridə qa­lan­lardan olmasına qərar verdik.

Verse 58

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ

Transliteration wa-amṭarnā ʿalayhim maṭaran fasāa maṭaru l-mundharīna

Azerbaijani Biz onların üstünə daş­lar­dan ya­ğış yağdırdıq. Qorxu­du­lan­la­rın yağışı nə yaman imiş!

Verse 59

قُلِ ٱلْحَمْدُ لِلَّهِ وَسَلَـٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصْطَفَىٰٓ ۗ ءَآللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ

Transliteration quli l-ḥamdu lillahi wasalāmun ʿalā ʿibādihi alladhīna iṣ'ṭafā āllahu khayrun ammā yush'rikūna

Azerbaijani De: “Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qul­la­rı­na! Allah yaxşıdır, yoxsa Ona şərik qoş­duq­ları­nız?

Verse 60

أَمَّنْ خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءً فَأَنۢبَتْنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنۢبِتُوا۟ شَجَرَهَآ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ

Transliteration amman khalaqa l-samāwāti wal-arḍa wa-anzala lakum mina l-samāi māan fa-anbatnā bihi ḥadāiqa dhāta bahjatin mā kāna lakum an tunbitū shajarahā a-ilāhun maʿa l-lahi bal hum qawmun yaʿdilūna

Azerbaijani Bütlər yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur en­dirən Allah?! Biz o yağmurla gözəl bağçalar saldıq. Hal­buki siz on­la­rın ağacla­rını da böyüdə bil­məzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan ya­yınan qövmdürlər.

Verse 61

أَمَّن جَعَلَ ٱلْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَـٰلَهَآ أَنْهَـٰرًا وَجَعَلَ لَهَا رَوَٰسِىَ وَجَعَلَ بَيْنَ ٱلْبَحْرَيْنِ حَاجِزًا ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Transliteration amman jaʿala l-arḍa qarāran wajaʿala khilālahā anhāran wajaʿala lahā rawāsiya wajaʿala bayna l-baḥrayni ḥājizan a-ilāhun maʿa l-lahi bal aktharuhum lā yaʿlamūna

Azerbaijani Bütlər yaxşıdır, yoxsa yeri məskən edən, ara­sından çay­lar axıdan, üzərində möh­kəm duran dağ­lar yara­dan və iki dənizin arasında maneə qoyan Allah?! Heç Allahla ya­naşı başqa bir məbudmu var? Xeyr, on­la­rın ək­səriyyəti bunu bilmirlər.

Verse 62

أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ

Transliteration amman yujību l-muḍ'ṭara idhā daʿāhu wayakshifu l-sūa wayajʿalukum khulafāa l-arḍi a-ilāhun maʿa l-lahi qalīlan mā tadhakkarūna

Azerbaijani Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

Verse 63

أَمَّن يَهْدِيكُمْ فِى ظُلُمَـٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ وَمَن يُرْسِلُ ٱلرِّيَـٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦٓ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ تَعَـٰلَى ٱللَّهُ عَمَّا يُشْرِكُونَ

Transliteration amman yahdīkum fī ẓulumāti l-bari wal-baḥri waman yur'silu l-riyāḥa bush'ran bayna yaday raḥmatihi a-ilāhun maʿa l-lahi taʿālā l-lahu ʿammā yush'rikūna

Azerbaijani Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.

Verse 64

أَمَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قُلْ هَاتُوا۟ بُرْهَـٰنَكُمْ إِن كُنتُمْ صَـٰدِقِينَ

Transliteration amman yabda-u l-khalqa thumma yuʿīduhu waman yarzuqukum mina l-samāi wal-arḍi a-ilāhun maʿa l-lahi qul hātū bur'hānakum in kuntum ṣādiqīna

Azerbaijani Bütlər yaxşıdır, yoxsa məxluqatı əvvəldən ya­radan, son­­ra onu yenidən diril­dən, si­zə göy­dən və yerdən ru­zi verən Allah?! Heç Allahla ya­naşı baş­qa bir məbudmu var?” De: “Əgər doğru deyir­si­nizsə, dəlilinizi gə­ti­rin”.

Verse 65

قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

Transliteration qul lā yaʿlamu man fī l-samāwāti wal-arḍi l-ghayba illā l-lahu wamā yashʿurūna ayyāna yub'ʿathūna

Azerbaijani De: “Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər.

Verse 66

بَلِ ٱدَّٰرَكَ عِلْمُهُمْ فِى ٱلْـَٔاخِرَةِ ۚ بَلْ هُمْ فِى شَكٍّ مِّنْهَا ۖ بَلْ هُم مِّنْهَا عَمُونَ

Transliteration bali iddāraka ʿil'muhum fī l-ākhirati bal hum fī shakkin min'hā bal hum min'hā ʿamūna

Azerbaijani Həm də onların elmi axi­rəti qav­rayıb dərk edə bil­məz. Üs­tə­lik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar”.

Verse 67

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَءِذَا كُنَّا تُرَٰبًا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخْرَجُونَ

Transliteration waqāla alladhīna kafarū a-idhā kunnā turāban waābāunā a-innā lamukh'rajūna

Azerbaijani Kafirlər dedilər: “Məgər biz və ata­larımız torpağa qa­rış­dıq­dan sonra qəbirlərdən çı­xar­dılacağıq?

Verse 68

لَقَدْ وُعِدْنَا هَـٰذَا نَحْنُ وَءَابَآؤُنَا مِن قَبْلُ إِنْ هَـٰذَآ إِلَّآ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ

Transliteration laqad wuʿid'nā hādhā naḥnu waābāunā min qablu in hādhā illā asāṭīru l-awalīna

Azerbaijani Bu dirilmə həm bizə, həm də əv­vəllər atalarımıza vəd olun­muş­du. Bu, keçmişdəki­lə­rin uydurduğu əfsanələ­r­dən başqa bir şey deyil”.

Verse 69

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُجْرِمِينَ

Transliteration qul sīrū fī l-arḍi fa-unẓurū kayfa kāna ʿāqibatu l-muj'rimīna

Azerbaijani De: “Yer üzündə gəzib dolaşın və görün günah­karla­rın aqi­bə­ti necə ol­muş­dur”.

Verse 70

وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

Transliteration walā taḥzan ʿalayhim walā takun fī ḍayqin mimmā yamkurūna

Azerbaijani Onlara görə kədərlənmə və qur­duqları hiylələrdən ötrü də ürə­yini sıx­ma.

Verse 71

وَيَقُولُونَ مَتَىٰ هَـٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَـٰدِقِينَ

Transliteration wayaqūlūna matā hādhā l-waʿdu in kuntum ṣādiqīna

Azerbaijani Onlar: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

Verse 72

قُلْ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ ٱلَّذِى تَسْتَعْجِلُونَ

Transliteration qul ʿasā an yakūna radifa lakum baʿḍu alladhī tastaʿjilūna

Azerbaijani De: “Ola bilsin ki, tələ­sik istə­di­yiniz şeyin bir qismi, ar­tıq si­zə yaxın­laşmışdır”.

Verse 73

وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

Transliteration wa-inna rabbaka ladhū faḍlin ʿalā l-nāsi walākinna aktharahum lā yashkurūna

Azerbaijani Həqiqətən, sənin Rəbbin insan­la­ra qarşı lütfkardır, la­kin on­ların əksə­riy­yəti naşükür­dür­.

Verse 74

وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

Transliteration wa-inna rabbaka layaʿlamu mā tukinnu ṣudūruhum wamā yuʿ'linūna

Azerbaijani Şübhəsiz ki, sənin Rəb­bin onların qəlblərinin gizli sax­la­dıq­la­rını və onla­rın aşkar et­diklərini bilir.

Verse 75

وَمَا مِنْ غَآئِبَةٍ فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِلَّا فِى كِتَـٰبٍ مُّبِينٍ

Transliteration wamā min ghāibatin fī l-samāi wal-arḍi illā fī kitābin mubīnin

Azerbaijani Göydə və yerdə elə bir giz­li şey yoxdur ki, açıq-aydın Ya­zı­da (Lövhi-məh­fuzda) ol­ma­sın.

Verse 76

إِنَّ هَـٰذَا ٱلْقُرْءَانَ يَقُصُّ عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَكْثَرَ ٱلَّذِى هُمْ فِيهِ يَخْتَلِفُونَ

Transliteration inna hādhā l-qur'āna yaquṣṣu ʿalā banī is'rāīla akthara alladhī hum fīhi yakhtalifūna

Azerbaijani Həqiqətən, bu Quran İs­rail oğul­larına ixtilafda olduq­ları şey­lərin ço­xu­nu anlatmaq­dadır.

Verse 77

وَإِنَّهُۥ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ

Transliteration wa-innahu lahudan waraḥmatun lil'mu'minīna

Azerbaijani Həqiqətən, o, mömin­lə­rə doğru yol göstəricisi və bir mər­hə­­mət­dir.

Verse 78

إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُم بِحُكْمِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ

Transliteration inna rabbaka yaqḍī baynahum biḥuk'mihi wahuwa l-ʿazīzu l-ʿalīmu

Azerbaijani Şübhəsiz ki, sənin Rəb­bin onların arasında Öz hök­münü ve­rə­cək­. O, Qüdrət­li­dir, Biləndir!

Verse 79

فَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۖ إِنَّكَ عَلَى ٱلْحَقِّ ٱلْمُبِينِ

Transliteration fatawakkal ʿalā l-lahi innaka ʿalā l-ḥaqi l-mubīni

Azerbaijani Sən yalnız Allaha təvək­kül et! Çünki sən açıq-aydın haqq yol­dasan.

Verse 80

إِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ

Transliteration innaka lā tus'miʿu l-mawtā walā tus'miʿu l-ṣuma l-duʿāa idhā wallaw mud'birīna

Azerbaijani Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən.

Verse 81

وَمَآ أَنتَ بِهَـٰدِى ٱلْعُمْىِ عَن ضَلَـٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَـٰتِنَا فَهُم مُّسْلِمُونَ

Transliteration wamā anta bihādī l-ʿum'yi ʿan ḍalālatihim in tus'miʿu illā man yu'minu biāyātinā fahum mus'limūna

Azerbaijani Sən korları düşdükləri az­ğın­lıq­dan doğru yola çıxara bil­məz­sən. Sən haqqı yalnız mü­səlman ikən ayələrimizə ina­nanlara eşit­dirə bi­lərsən.

Verse 82

۞ وَإِذَا وَقَعَ ٱلْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَآبَّةً مِّنَ ٱلْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ ٱلنَّاسَ كَانُوا۟ بِـَٔايَـٰتِنَا لَا يُوقِنُونَ

Transliteration wa-idhā waqaʿa l-qawlu ʿalayhim akhrajnā lahum dābbatan mina l-arḍi tukallimuhum anna l-nāsa kānū biāyātinā lā yūqinūna

Azerbaijani O söz (Qiyamət) onların başla­rı­nın üstünü aldığı za­man on­lar üçün yer­dən elə bir hey­van çıxardarıq ki, on­lar­la danı­şıb in­san­ların ayələ­rimizə yə­qin­lik­lə inanmadıqlarını söy­lə­yər.

Verse 83

وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِـَٔايَـٰتِنَا فَهُمْ يُوزَعُونَ

Transliteration wayawma naḥshuru min kulli ummatin fawjan mimman yukadhibu biāyātinā fahum yūzaʿūna

Azerbaijani Həmin gün hər ümmə­tin ayələ­ri­mizi yalan sayan­la­rın­dan bir dəstə top­layarıq. Sonra da onlar bir yerdə məh­şərə sü­rük­lə­nər­lər.

Verse 84

حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبْتُم بِـَٔايَـٰتِى وَلَمْ تُحِيطُوا۟ بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration ḥattā idhā jāū qāla akadhabtum biāyātī walam tuḥīṭū bihā ʿil'man ammādhā kuntum taʿmalūna

Azerbaijani Nəhayət haqq-hesab ye­ri­nə gəl­dik­ləri zaman Allah de­yər: “Ayə­lərimi ba­şa düşmədi­yiniz halda, onları yalanmı say­dınız? Bəs siz nə iş görür­dü­nüz?”

Verse 85

وَوَقَعَ ٱلْقَوْلُ عَلَيْهِم بِمَا ظَلَمُوا۟ فَهُمْ لَا يَنطِقُونَ

Transliteration wawaqaʿa l-qawlu ʿalayhim bimā ẓalamū fahum lā yanṭiqūna

Azerbaijani Zülm etdiklərinə görə o söz on­la­rı haqlayacaq və onlar da­nı­şa bilmə­yə­cəklər.

Verse 86

أَلَمْ يَرَوْا۟ أَنَّا جَعَلْنَا ٱلَّيْلَ لِيَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Transliteration alam yaraw annā jaʿalnā al-layla liyaskunū fīhi wal-nahāra mub'ṣiran inna fī dhālika laāyātin liqawmin yu'minūna

Azerbaijani Məgər onlar görmür­lər­mi ki, Biz gecəni onların hə­min vaxt is­tirahət et­məsi üçün ya­rat­mış, gündüzü isə işıqlı et­mi­şik? Şüb­hə­siz ki, bunda iman gə­ti­rən adamlar üçün dəlillər var­dır.

Verse 87

وَيَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَفَزِعَ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ إِلَّا مَن شَآءَ ٱللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَٰخِرِينَ

Transliteration wayawma yunfakhu fī l-ṣūri fafaziʿa man fī l-samāwāti waman fī l-arḍi illā man shāa l-lahu wakullun atawhu dākhirīna

Azerbaijani Sur üfürüləcəyi gün Alla­hın istə­diklərindən başqa, göy­lər­də və yerdə olan­lar dəhşətə düşəcək və hamısı Onun hü­zu­runa baş əyə­rək gələcəkdir.

Verse 88

وَتَرَى ٱلْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِىَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِ ۚ صُنْعَ ٱللَّهِ ٱلَّذِىٓ أَتْقَنَ كُلَّ شَىْءٍ ۚ إِنَّهُۥ خَبِيرٌۢ بِمَا تَفْعَلُونَ

Transliteration watarā l-jibāla taḥsabuhā jāmidatan wahiya tamurru marra l-saḥābi ṣun'ʿa l-lahi alladhī atqana kulla shayin innahu khabīrun bimā tafʿalūna

Azerbaijani Sən dağlara baxıb onları hərə­kət­siz durmuş güman edər­sən, hal­buki on­lar bulud keç­diyi kimi keçib gedərlər. Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xə­bər­dardır.

Verse 89

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌ مِّنْهَا وَهُم مِّن فَزَعٍ يَوْمَئِذٍ ءَامِنُونَ

Transliteration man jāa bil-ḥasanati falahu khayrun min'hā wahum min fazaʿin yawma-idhin āminūna

Azerbaijani Hər kim yaxşı əməllə gəl­sə, ona da­ha yaxşısı (Cən­nət) ve­ri­lər. Onlar o gün dəh­şətli qorxu hissindən uzaq olar­lar.

Verse 90

وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِى ٱلنَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ

Transliteration waman jāa bil-sayi-ati fakubbat wujūhuhum fī l-nāri hal tuj'zawna illā mā kuntum taʿmalūna

Azerbaijani Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de­yilər: “Mə­gər siz an­caq etdi­yi­niz əməllərə görə cəzalan­dı­rıl­mırsınız?”

Verse 91

إِنَّمَآ أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَـٰذِهِ ٱلْبَلْدَةِ ٱلَّذِى حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَىْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُسْلِمِينَ

Transliteration innamā umir'tu an aʿbuda rabba hādhihi l-baldati alladhī ḥarramahā walahu kullu shayin wa-umir'tu an akūna mina l-mus'limīna

Azerbaijani De: “Mənə ancaq bu şə­hərin (Mək­kənin) Rəbbinə iba­dət et­mək əmr edil­mişdir. O şəhər ki, Rəbbim onu toxunulmaz buyur­muş­dur. Hər şey yalnız Onun­dur. Mənə əmr olunub ki, müsəl­man olum

Verse 92

وَأَنْ أَتْلُوَا۟ ٱلْقُرْءَانَ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَقُلْ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلْمُنذِرِينَ

Transliteration wa-an atluwā l-qur'āna famani ih'tadā fa-innamā yahtadī linafsihi waman ḍalla faqul innamā anā mina l-mundhirīna

Azerbaijani və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğ­ru yol­da olmuş olar. Haqq yoldan azana isə be­lə de: “Mən ancaq xə­bərdar edənlər­də­nəm!”

Verse 93

وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ ءَايَـٰتِهِۦ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَـٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Transliteration waquli l-ḥamdu lillahi sayurīkum āyātihi fataʿrifūnahā wamā rabbuka bighāfilin ʿammā taʿmalūna

Azerbaijani De: “Həmd, Alla­ha məxsusdur! O Öz dəlillərini sizə gös­tə­rə­cək, siz də onları tanıyacaq­sı­nız. Rəbbin sizin etdiklərinizdən qafil deyildir!”

Read Surah An-Naml in another language

All languages

All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.

Learn it in MyDugsi

Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.