Surah Al-Qamar in Azerbaijani: translation and audio
Surah 54 · القمر · The Moon · 55 verses
Surah Al-Qamar verse by verse: the Arabic with a recitation you can repeat, the transliteration, and the Azerbaijani translation by Alikhan Musayev. For the meaning of every word, see Surah Al-Qamar word by word in English.
Verse 1
ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ
Transliteration iq'tarabati l-sāʿatu wa-inshaqqa l-qamaru
Azerbaijani Qiyamət yaxınlaşdı və ay yarıldı.
Verse 2
وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ
Transliteration wa-in yaraw āyatan yuʿ'riḍū wayaqūlū siḥ'run mus'tamirrun
Azerbaijani Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, davam edən bir sehrdir” deyirlər.
Verse 3
وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
Transliteration wakadhabū wa-ittabaʿū ahwāahum wakullu amrin mus'taqirrun
Azerbaijani Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaq.
Verse 4
وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ
Transliteration walaqad jāahum mina l-anbāi mā fīhi muz'dajarun
Azerbaijani Onlara küfrdən çəkindirən neçə-neçə xəbər gəlmişdir.
Verse 5
حِكْمَةٌۢ بَـٰلِغَةٌ ۖ فَمَا تُغْنِ ٱلنُّذُرُ
Transliteration ḥik'matun bālighatun famā tugh'ni l-nudhuru
Azerbaijani Bu, böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!
Verse 6
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ
Transliteration fatawalla ʿanhum yawma yadʿu l-dāʿi ilā shayin nukurin
Azerbaijani Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün
Verse 7
خُشَّعًا أَبْصَـٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ
Transliteration khushaʿan abṣāruhum yakhrujūna mina l-ajdāthi ka-annahum jarādun muntashirun
Azerbaijani onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
Verse 8
مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ ۖ يَقُولُ ٱلْكَـٰفِرُونَ هَـٰذَا يَوْمٌ عَسِرٌ
Transliteration muh'ṭiʿīna ilā l-dāʿi yaqūlu l-kāfirūna hādhā yawmun ʿasirun
Azerbaijani Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.
Verse 9
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌ وَٱزْدُجِرَ
Transliteration kadhabat qablahum qawmu nūḥin fakadhabū ʿabdanā waqālū majnūnun wa-uz'dujira
Azerbaijani Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
Verse 10
فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌ فَٱنتَصِرْ
Transliteration fadaʿā rabbahu annī maghlūbun fa-intaṣir
Azerbaijani O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi.
Verse 11
فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ
Transliteration fafataḥnā abwāba l-samāi bimāin mun'hamirin
Azerbaijani Biz göyün qapılarını leysan yağışı ilə açdıq.
Verse 12
وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍ قَدْ قُدِرَ
Transliteration wafajjarnā l-arḍa ʿuyūnan fal-taqā l-māu ʿalā amrin qad qudira
Azerbaijani Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.
Verse 13
وَحَمَلْنَـٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍ وَدُسُرٍ
Transliteration waḥamalnāhu ʿalā dhāti alwāḥin wadusurin
Azerbaijani Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.
Verse 14
تَجْرِى بِأَعْيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ
Transliteration tajrī bi-aʿyuninā jazāan liman kāna kufira
Azerbaijani İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.
Verse 15
وَلَقَد تَّرَكْنَـٰهَآ ءَايَةً فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad taraknāhā āyatan fahal min muddakirin
Azerbaijani Biz həmin hadisəni nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?
Verse 16
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Transliteration fakayfa kāna ʿadhābī wanudhuri
Azerbaijani Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 17
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad yassarnā l-qur'āna lildhik'ri fahal min muddakirin
Azerbaijani Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 18
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Transliteration kadhabat ʿādun fakayfa kāna ʿadhābī wanudhuri
Azerbaijani Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 19
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِى يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ
Transliteration innā arsalnā ʿalayhim rīḥan ṣarṣaran fī yawmi naḥsin mus'tamirrin
Azerbaijani Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.
Verse 20
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
Transliteration tanziʿu l-nāsa ka-annahum aʿjāzu nakhlin munqaʿirin
Azerbaijani O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.
Verse 21
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Transliteration fakayfa kāna ʿadhābī wanudhuri
Azerbaijani Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 22
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad yassarnā l-qur'āna lildhik'ri fahal min muddakirin
Azerbaijani Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 23
كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ
Transliteration kadhabat thamūdu bil-nudhuri
Azerbaijani Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı.
Verse 24
فَقَالُوٓا۟ أَبَشَرًا مِّنَّا وَٰحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِى ضَلَـٰلٍ وَسُعُرٍ
Transliteration faqālū abasharan minnā wāḥidan nattabiʿuhu innā idhan lafī ḍalālin wasuʿurin
Azerbaijani Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!
Verse 25
أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
Transliteration a-ul'qiya l-dhik'ru ʿalayhi min bayninā bal huwa kadhābun ashirun
Azerbaijani Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”
Verse 26
سَيَعْلَمُونَ غَدًا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ
Transliteration sayaʿlamūna ghadan mani l-kadhābu l-ashiru
Azerbaijani Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.
Verse 27
إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةً لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ
Transliteration innā mur'silū l-nāqati fit'natan lahum fa-ir'taqib'hum wa-iṣ'ṭabir
Azerbaijani Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəklərini gözlə və əziyyətlərinə səbir et!
Verse 28
وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ
Transliteration wanabbi'hum anna l-māa qis'matun baynahum kullu shir'bin muḥ'taḍarun
Azerbaijani Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”
Verse 29
فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
Transliteration fanādaw ṣāḥibahum fataʿāṭā faʿaqara
Azerbaijani Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.
Verse 30
فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ
Transliteration fakayfa kāna ʿadhābī wanudhuri
Azerbaijani Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!
Verse 31
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَٰحِدَةً فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ
Transliteration innā arsalnā ʿalayhim ṣayḥatan wāḥidatan fakānū kahashīmi l-muḥ'taẓiri
Azerbaijani Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.
Verse 32
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad yassarnā l-qur'āna lildhik'ri fahal min muddakirin
Azerbaijani Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 33
كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ
Transliteration kadhabat qawmu lūṭin bil-nudhuri
Azerbaijani Lut qövmü də qorxudan peyğəmbərləri yalan saydı.
Verse 34
إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍ ۖ نَّجَّيْنَـٰهُم بِسَحَرٍ
Transliteration innā arsalnā ʿalayhim ḥāṣiban illā āla lūṭin najjaynāhum bisaḥarin
Azerbaijani Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –
Verse 35
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ
Transliteration niʿ'matan min ʿindinā kadhālika najzī man shakara
Azerbaijani Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
Verse 36
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ
Transliteration walaqad andharahum baṭshatanā fatamāraw bil-nudhuri
Azerbaijani Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.
Verse 37
وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ
Transliteration walaqad rāwadūhu ʿan ḍayfihi faṭamasnā aʿyunahum fadhūqū ʿadhābī wanudhuri
Azerbaijani Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
Verse 38
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ
Transliteration walaqad ṣabbaḥahum buk'ratan ʿadhābun mus'taqirrun
Azerbaijani Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.
Verse 39
فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ
Transliteration fadhūqū ʿadhābī wanudhuri
Azerbaijani Elə isə əzabımı və təhdidlərimi dadın!
Verse 40
وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad yassarnā l-qur'āna lildhik'ri fahal min muddakirin
Azerbaijani Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?
Verse 41
وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ
Transliteration walaqad jāa āla fir'ʿawna l-nudhuru
Azerbaijani Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.
Verse 42
كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا كُلِّهَا فَأَخَذْنَـٰهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ
Transliteration kadhabū biāyātinā kullihā fa-akhadhnāhum akhdha ʿazīzin muq'tadirin
Azerbaijani Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.
Verse 43
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُو۟لَـٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ
Transliteration akuffārukum khayrun min ulāikum am lakum barāatun fī l-zuburi
Azerbaijani Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?
Verse 44
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ
Transliteration am yaqūlūna naḥnu jamīʿun muntaṣirun
Azerbaijani Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?
Verse 45
سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ
Transliteration sayuh'zamu l-jamʿu wayuwallūna l-dubura
Azerbaijani Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaq.
Verse 46
بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
Transliteration bali l-sāʿatu mawʿiduhum wal-sāʿatu adhā wa-amarru
Azerbaijani Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acıdır.
Verse 47
إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَـٰلٍ وَسُعُرٍ
Transliteration inna l-muj'rimīna fī ḍalālin wasuʿurin
Azerbaijani Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.
Verse 48
يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ
Transliteration yawma yus'ḥabūna fī l-nāri ʿalā wujūhihim dhūqū massa saqara
Azerbaijani O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcək.
Verse 49
إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَـٰهُ بِقَدَرٍ
Transliteration innā kulla shayin khalaqnāhu biqadarin
Azerbaijani Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.
Verse 50
وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌ كَلَمْحٍۭ بِٱلْبَصَرِ
Transliteration wamā amrunā illā wāḥidatun kalamḥin bil-baṣari
Azerbaijani Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.
Verse 51
وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ
Transliteration walaqad ahlaknā ashyāʿakum fahal min muddakirin
Azerbaijani Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?
Verse 52
وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ
Transliteration wakullu shayin faʿalūhu fī l-zuburi
Azerbaijani Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.
Verse 53
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ
Transliteration wakullu ṣaghīrin wakabīrin mus'taṭarun
Azerbaijani Hər bir kiçik və böyük əməl yazılmışdır.
Verse 54
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَنَهَرٍ
Transliteration inna l-mutaqīna fī jannātin wanaharin
Azerbaijani Şübhəsiz ki, müttəqilər cənnətlərdə və çaylar kənarında,
Verse 55
فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ
Transliteration fī maqʿadi ṣid'qin ʿinda malīkin muq'tadirin
Azerbaijani qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!
Read Surah Al-Qamar in another language
- English (word by word)
- Albanian
- Amazigh
- Amharic
- Assamese
- Bambara
- Bangla
- Bosnian
- Bulgarian
- Chechen
- Chinese
- Czech
- Dari
- Dhivehi
- Dutch
- Finnish
- French
- German
- Gujarati
- Hausa
- Hebrew
- Hindi
- Indonesian
- Italian
- Japanese
- Kannada
- Kazakh
- Khmer
- Kinyarwanda
- Korean
- Kurdish
- Luganda
- Malay
- Malayalam
- Maranao
- Marathi
- Nepali
- Norwegian
- Oromo
- Pashto
- Persian
- Polish
- Portuguese
- Romanian
- Russian
- Sindhi
- Sinhala
- Somali
- Spanish
- Swahili
- Swedish
- Tagalog
- Tajik
- Tamil
- Tatar
- Telugu
- Thai
- Turkish
- Ukrainian
- Urdu
- Uyghur
- Uzbek
- Vietnamese
- Yao
- Yoruba
All 114 surahs in Azerbaijani: the Qur’an in Azerbaijani.
Azerbaijani translation: Alikhan Musayev, from Quran.com. Transliteration: Quran.com. Recitation: Mishary Alafasy, from EveryAyah.com. MyDugsi is a learning aid, not a replacement for a qualified teacher.